AZE ENG
Facebook
Twitter Google Myspace
"İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri" seminarı
28-4-2020

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 1 may saat 20:00-da “İncəsənətin rəqəmsal platformaya keçid və bərpa problemləri” mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Miras İctimai Birliyinin Sərgi, bərpa və konservasiya şöbəsinin  müdiri Günel Seyidəhmədlidir. Elmi seminarda mədəniyyət və incəsənət sahələrinin hər hansı bir böhran dönəmində idarəetmənin təşkili, yaradıcılıq proseslərinin davamlı axışının təmin edilməsi, böhranın xarakterindən və səviyyəsindən asılı olaraq kütlə ilə incəsənəti əlaqələndirmək axtarışları, virtual muzey gəzintilərinin aktuallığı, görülən bərpa və konservasiya işləri və s. müzakirə olunacaq. Hazırda yaşadığımız koronavirus (COVİD-19) pandemiyası dönəmində sözü gedən mövzunun müzakirəsi aktualdır. 

Məruzəçilər: Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin baş muhafizi İranə İbrahimovadır.

Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.

Meeting ID: 879-3727-3743

Oxunub : 1918