AZE ENG
Facebook
Twitter Google Myspace
İş Elanı
30-6-2015

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni menecment planı əsasında Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini idarə etməyə başlayır. Mədəniyyət və Turizm Naziriyi ilə bağlanan mühafizə və istifadə müqaviləsinə əsasən strukturda və idarəetmədə yeniliklər gözlənilir. İlkin olaraq Ağsu şəhərində yaşayan, ali məktəbi bitirmiş və bələdçi işləməyə həvəsi olan oğlan və qızları işə dəvət edirik. İşçilər MİRAS İdarə heyətinin seçimi əsasında işə götürüləcəklər. İddialılar CV-lərini göndərə bilərlər - miraspresscenter@gmail.com - . Maaş 250-300 manat, iş saatı 10.00-17.00 nəzərdə tutulur.
 

Oxunub : 2618