AZE ENG
Facebook
Twitter Google Myspace
Zəhmətlə yetmiş yaşın zirvəsinə ucalan alim ömrü - QAFAR CƏBİYEV-70
6-8-2020

Əsrarəngiz təbiəti və gözəl insanları ilə seçilən İsmayıllı rayonu Azərbaycan Mədəniyyətinin və elminin inkişafına töhvələr verən çoxsaylı ziyalılar yetirmişdir. Hansı ki, o ziyalılar öz əmməlləri və fəaliyyətləri ilə İsmayıllının, bütövlükdə Azərbaycanın tarixinə düşmüşlər.

Bir çox insanlar var ki, dönüb geri baxmaqdan razı qalmır, keçdiyi həyat yolundan daim şikayətçi olurlar. Yola saldığı illərdə ciddi nailiyyətə imza ata bilməmələrindən gileylənirlər.
Maraqlısı odur ki, çox zaman da bunun günahını özlərində deyil, zamanda, taledə axtarmağa çalışırlar. Əslində belə insanlar özlərini taleyin ümidinə buraxanlar və yaxud zəhmətə qatlaşmaq istəməyənlərdir. Ancaq daim zəhmətlə yaşayan, işinə, peşəsinə bağlı olan insanlar həyatının hansı mərtəbə-sindən baxırlarsa baxsınlar, geridə kifayət qədər uğurlar, nailiyyətlər olduğunu görə bilirlər.
Əslində belələrini də iki yerə ayırmaq olar: biri tək özü üçün çalışan-lar, ikincisi isə həm özü, həm də cəmiyyət üçün çalışanlardır.
Bax, bu ikinci yerə aid olanlar özlərini daha xoşbəxt hiss edə bilirlər. Çünki kamil insan yaşadığı eli-obası, ölkəsi, xalqı, dövləti üçün yaşayır, öz çiyinlərini daim böyük yüklərin altına verə bilir. Yaşadığımız cəmiyyətin ehtiyacı olduğu belə fədakar insanlardan, elm adamlarından biri, fəaliyyəti ilə İsmayıllı toralığına baş ucalığı gətirmiş əsl ziyalı- tarix elmləri doktoru, professor, Əməkdar jurnalist, professor Qafar Cəfər oğlu Cəbiyevdir.
 
Qafar müəllim həyatının müəyyən mərhələlərində bir anlıq da olsa geri boylanıb keçdiyi ömür yoluna nəzər sala, götür-qoy edə bilən, xalqı üçün nə etdiyini düşünən insanlardandır. O, 1950-ci ilin 17 avqustunda İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açmışdı. 1969-cu ildə H.Zərdabi adına KDPİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1977-1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etno-qrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifə-lərində çalışmışdır. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə də məşğul olmuşdur.
Dostlarından dəyərli ziyalı, tanınmış və peşəkar jurnalist Qüdrət Piriyevin dediyinə və qələm təcrübəsinə əsaslanaraq deyə bilərik ki, Qafar Cəbiyev 1990-cı ildən "Azərbaycan" qəzetinin Şəki-Balakən bölgəsi üzrə xüsusi müxbiri olandan sonra peşəkar bir jurnalist kimi potensialı, orada üzə çıxmışdı. Qeyd etək ki, yeni iş yerində fəaliyyətinin başlanğıcı nəinki bölgədə, bütövlükdə respublikada olduqca gərgin bir dövrə- keçən əsrin 90-cı illərin əvvəllərinə təsadüf etmişdi. Ölkədə nəzarətsizlik, özbaşınalıq, xaos, talançılıq, separatizm baş alıb gedirdi. Belə bir vaxtda o, baş verən proseslərə biganə qalmamış, qələmə aldığı məqalələrində vətənpərvər jurnalist kimi öz mövqeyini açıq şəkildə və cəsarətlə ortaya qoya bilmişdi. Öz dilindən eşitmişəm ki, deyirdi: bəzi tənqidi yazılarımda separatizmə dəstək verən, talançılıqla məşğul olan məmurların və vəzifə sahiblərini tənqid edirdim. Ən əsası yazılarımda daim obyektivliyi gözləməyim, haqqı nahaqqa verməməyim, düzü-düz, əyrini-əyri yazmağım, gücsüzün, zəhmətkeşin hüququ tapdalananda, bir qayda olaraq onun tərəfini saxlamağım və bu zaman böyük ixtiyar sahibləri ilə "üz-göz" olmaqdan belə çəkinməməyim mənə bölgədə obyektiv jurnalist, imici və çoxlu sayda dost qazandırdı.
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra respublikanın paytaxtında olduğu kimi, bölgələrdə də tədricən pozucu qüvvələr zərərsizləşdirildi, anarxiyanın qarşısı alındı, cəmiyyətdə siyasi sabitlik yarandı, geniş quruculuq işləri başlandı, inkişaf və tərəqqinin əsası qoyuldu. Bu ab-hava Qafar müəllimin təhkim olunduğu bölgədə də özünü göstərirdi. O dövrdə ulu öndərin təşəbbüsü ilə respublikada aparılacaq aqrar islahatlar üçün Zaqatala pilot rayon seçildiyi üçün eksperimentlərin keçirilməsinə də Zaqataladan başlan-mışdı. Qafar Cəbiyev isə o illərdə rahatlıq nə olduğunu bilmədən gecəli-gündüzlü çalışıb islahatların gedişi, maneələr, çətinliklər və qazanılmış uğurlar barədə silsilə yazılar hazırlayıb ardıcıl şəkildə qəzetlərə təqdim edirdi. Oğuz, Şəki, Qax və Balakəndən hazırladığı yazılarında o, ciddi problemlər qaldıraraq, ictimaiyyətin diqqətini ekoloji böhrana, təsərrüfatsızlıga, məmur özbaşınalığı kimi konkret faktlara yönəldirdi.
Zəhmətlə yetmiş yaşın zirvəsinə ucalan alim ömrü - QAFAR CƏBİYEV-70Bunlardan başqa Qafar müəllimin Quba, Xaçmaz, Qusar, Şabran və Siyə-zən rayonlarında gedən quruculuq işlərindən, yeniliklərdən, tərəqqidən, habelə regionun problemlərindən bəhs edən peşəkar yazıları ona bölgədə böyük hörmət qazandırmışdır. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2003-ci ildə 4 il müddətinə, 2007-ci ildə 6 il müddətinə və yenidən 2013-cü ildə 6 il müd-dətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-cü ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini olmuşdur. Tarixçi alim kimi, Q.Cəbiyev hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnsti-tutunun baş elmi işçisi, Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavinidir.
Harada çalışmasından asılı olmayaraq Qafar müəllim vətənə, dövlətə və el-obasına bağlılığı ilə seçilmişdi. Elə bu gün də belədir. Q.Cəbiyev “Yazılan qala-caq” kitabında da bu qayəni əsas götürərək yazır: “Ölkəmizin, dövlətimizin gündən-günə, ildən-ilə daha da inkişaf edərək qüdrətlənməsi məni qəlbən sevin-dirir. Mən bir qələm sahibi olaraq bu uğurları həm xaricdə, həm də ölkə daxilində bacardığım qədər təbliğ etməyi özümə borc bilirəm”. Məhz bu mövqeyin nəticə-sidir ki, Q.Cəbiyev bu gün də yorulmadan Azərbaycan elminin inkişafında və jurnalistika sahəsində öz fəaliyyətini davam etdirir.
1985-ci ildə namizədlik, 2008-ci ildə Girdman tarixinə dair doktorluq disse-rtasiyası müdafiə etmişdir. On monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə müəllifidir. Makedoniyada, İtalyada, ispaniyada, Türkiyədə və digər xarici ölkələrdə keçirilmiş beynəlxalq elmi konfrans və simpoziumlarda yük-sək səviyyədə Azərbaycan elmini, qədim tariximizi, arxeoloji abidələrimizi təmsil etmiş və Azərbaycan tarixinin aktual problemlərinə dair sanballı məruzələrlə çıxış etmişdir. 1969-cu ildən fasiləsiz olaraq jurnalist fəaliyyəti ilə məşğuldur. "Qızıl qələm" mükafatı laureatıdır. Bir sıra arxeoloji ekspedisiyaların rəisi kimi tədqiqat işləri aparmışdır. Evlidir. İki övladı və bir nəvəsi var.
 
Zəhmətlə yetmiş yaşın zirvəsinə ucalan alim ömrü - QAFAR CƏBİYEV-70Professor Qafar Cəbiyevin çoxtərəfli fəaliyyəti ziyalı ömrünün kamilliyin-dən soraq verir O, bir neçə ağır peşənin yükünü öz üzərinə məharətlə götürə bilən və bir ömrə üç uğurlu insan taleyini sığışdıra bilən ziyalılarımızdandır: O, tarixçi alim-pedaqoq, jurnalist və yüksək çinli dövlət məmuru vəzifələrini şərəflə yerinə yetirmiş azsaylı ziyalılarımızdandır. Qafar müəllim məmurluqdan alimliyə deyil, məhz alimlikdən məmurluğa yüksələnlərdən olmuşdu. Bu gün Azərbaycanın elmi ictimaiyyəti onu Azərbaycanın qədim tarixi ilə bağlı sanballı elmi araşdırmaların müəllifi kimi də daha yaxşı tanıyır. O, ölkə ərazisində aparılan bir sıra ciddi arxeoloji qazıntıların ekspedisiya rəhbəri olmuş və bu gün də eyni misssiyanı davam etdirməkdədir. Belə ki, son illərdə Ağsu rayonu ərazisində Q.Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş tapıntılar xalqı-mızın qədim və zəngin tarixə və mədəni irsə malik olduğunu təsdiq etmək baxı-mından mühüm əhəmiyyət kəsb edir.
Qafar Cəbiyev çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, muzeylərin artefaktlarla zənginləşməsində də mühüm rola malikdir. Təsadüfi deyil ki, son illərdə aşkar etdiyi qızıl və gümüş əşyalar Azərbaycan muzeylərində saxlanılır. Qafar Cəbiyev Azərbaycan arxeologiyasında və tarixşünaslığında bir çox ilklərin müəllifidir. Bu günlərdə Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva onun qazdığı Pir Ömər xanəgahını ziyarət etmişlər. Qafar Cəbiyev Nazirliyin nəzdindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu ilə arxeoloji tədqi-qatlar baxımından əməkdaşlıq edir.
Yığcam təqdim etdiyimiz, zəhmətlə 70 yaşın zirvəsinə ucalan alim ömrünün yolu göstərir ki, Qafar müəllimin fəaliyyət dairəsi çoxşaxəli olmuşdu. İxtisasca tarix müəllimi olmaqla yanaşı, 50 ildən çoxdur ki, fasiləsiz jurnalist fəaliyyəti ilə məşğuldur. Bunun da təqribən 20 ildən çoxu respublikanın aparıcı mətbu orqanları olan "Azərbaycan" və "Xalq qəzeti" redaksiyaları ilə bağlı olmuşdu. Həm də onun fəaliyyətindən göründüyü kimi eyni vaxtda bir neçə işin öhdəsindən gəlmişdir. Həqiqət budur ki, yorulmaq bilməyən Qafar müəllim bu işlərin öhdəsindən bacarıqla gəlmiş, və bütün sahələrdə nümunə göstərilmişdir. Tanıdığım üçün deyə bilərəm ki, Qafar Cəbiyev gördüyü işdən zövq alan və başladığı işi həvəslə başa çatdıran insanlardandır. O, dəqiqliyi, təmizliyi, məqsədyönlülüyü dəyərləndirən insandır və bu keyfiyyətlər onun xarakterində cəmləşmişdir. Qafar müəllim həyat-da necə yaşamağı, nə üçün yaşadığını, nə edəcəyini bilən və insanları tanıyan adamdır. Ən əsası sədaqətli dost, yaxşı yol yoldaşı, mərd adamlara, rəğbəti olan, işində xeyrini-ziyanını ölçüb biçən və təbiiliyi ilə seçilən bir insandır.
Onu da qeyd edək ki, vətənpərvər, tarixçi-arxeoloq alim, tarix elmləri dok-toru, professor Q.Cəbiyevin zəngin elmi fəaliyyəti və Arxeologiya elminin inkişafı sahəsindəki xidmətləri Azərbaycan ictimaiyyətinə kifayət qədər tanışdır. O, öz əsərləri ilə qədim tarixi göz önündə canlandırmağı bacaran görkəmli tədqiqatçılar-dandır. Onun son illər Girdiman tarixinə dair elmi ictimaiyyətə təqdim etdiyi ciddi araşdırmaları və onların nəticələri Azərbaycan tarix elmində yenilikdir. Onun gəl-diyi elmi nəticələr erməni tarixçilərinin və onların havadarlarının Qafqaz Alba-niyası tarixini saxtalaşdırmaq cəhdlərinə tutarlı cavabdır.
Alimin Albaniya tarixinin öyrənilməsində mühüm uğurlarından biri də, alban tarixçisi M. Kalankatuklunun "Albaniya tarixi" əsərində adı çəkilən, lakin bu günə-dək yeri bəlli olmayan Mehrəvan şəhərinin yerinin müəyyən edilməsi olmuşdur.
2004-cü ilin may ayında Qafar Cəbiyevin rəhbərliyi altında Ağsu rayonunun Bəyimli kəndində "Torpaq qala"da kəşfiyyat xarakterli ilkin arxeoloji tədqiqat işləri aparılır. Qalada 4 yerdə yoxlama qazıntısı qoyulur. Gəlinən nəticələr "Torpaq qala"ın Mehranilərin Albaniyaya gəlişi zamanı tikilən Mehrəvan (Girdiman) şəhə-rinin bir hissəsi olduğunu təsdiqləyir. Əslində Q. Cəbiyevin bu kəşfi mahiyyət etibarilə yazılı mənbələrdəki məlumatların arxeoloji qazıntılarla sübuta yetirilməsi və bununla da mühüm bir elmi problemin həll edilməsi deməkdir.
Qafqaz Albaniyası dövrü Azərbaycan tarixində, xüsusilə də qədim dövlət-çilik tariximizdə müstəsna əhəmiyyətə malik mərhələdir. Bu dövrün tarixi çox-saylı elmi əsərlərdə öz əksini tapsa da, Albaniyanın ayrı-ayrı vilayətlərinin tarixi hələ də tam şəkildə tədqiq edilməmişdi. Belə bir şəraitdə Q.Cəbiyev yorulmaz elmi tədqiqatları ilə olduqca mürəkkəb bir dövrün tarixi barədə, onilliklər ərzində elmi təfəkkürdə hakim olmuş fikrin yanlış olduğunu, Azərbaycanın siyasi tarixinin mühüm bir mərhələsinin təhrif edildiyini elmi dəlillərlə əsaslandıra bilmişdi.
 
Zəhmətlə yetmiş yaşın zirvəsinə ucalan alim ömrü - QAFAR CƏBİYEV-702008-ci ilin mart ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Qafar müəllimin elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsində iştirak edən, peşəkar jurnalist, dəyərli ziyalı və Qafar müəllimin dostu Qüdrət Piriyevin təssüratlarını təqdim etməyi əhəmiyyətli hesab edirəm. O yazır: “Tam səmimiyyətlə deyə bilərəm ki, Müdafiə Şurasının sədri, akademik Teymur Bünyadovun rəhbərliyi ilə aparılan həmin iclas mənə həmişə arzusunda olduğum, görmək istədiyim işgüzar bir elmi diskussiyanı xatırlatdı və bir neçə gün onun təsirindən çıxa bilmədim. Rəsmi opponentlər- AMEA-nın müxbir üzvü, pro-fessor V.Əliyevin, tarix elmləri doktoru Q.Hacıyevin, memarlıq doktoru V.Kəri-movun rəylərində, görkəmli alimlərin çıxışlarında, diskussiyalarda Qafar müəl-limin ünvanına səslənən ən yüksək qiymətləri, habelə sualları cavablandırarkən onun gətirdiyi təkzibolunmaz dəlil və arqumentləri dinlədikcə, dostum və həmka-rımın uğurlarına görə qəlbim dağa döndü”. Bunu da mən əlavə edim ki, Qafar müəllim arxeoloq olması ilə fəxr edir və həmişə deyir ki, gərək bu işə ürəkdən bağlansan. Torpağın altından tapıb üzə çıxarılan hər hansı bir eksponat hələ özlüyündə heçnədir. Gərək onu dilləndirə biləsən, sual verib, cavab almağı baca-rasan. Müşahidələrimə əsasən deyə bilərəm ki, Qafar müəllim işinə ürəkdən bağ-lanan, tapdığı eksponatı dindirə bilən, sual verib, cavab ala bilən arxeoloqdur. Bu yaxınlarda Pir Ömər xanagahında aparılan qazıntı zaman tapdığı “daş kitabə” üçün də necə sevindiyinin bir daha şahidi oldum.
 
Bildiyimiz kimi, Girdiman vilayətinin coğrafi arealı - lokalizasiyası uzun illər elmdə disskussiya obyekti olaraq qalmışdır. Bu disskusiyalarda alimlərin bir qismi tam elmi obyektivliklə iştirak etsələr də, digər qismi, xüsusilə də bədnam qonşula-rımızın nümayəndələri bu məsələyə qərəzliklə, öz siyasi məqsədləri prizmasından yanaşmışlar. Prof.Q.Cəbiyev isə heç bir ciddi arqument olmadan Girdimanı Azər-baycanın qərb bölgəsində yerləşdirən müəlliflərin fikirlərinin düzgün olmadığını, bu vilayətin məhz, Şirvan ərazisində mövcud olduğunu yazılı mənbələr, arxeoloji abidələr, toponomik faktlarla əsaslandırmışdı. Nəticə olaraq Q.C.Cəbiyevin 2010-cu ildə nəşr etdirdiyi "Girdiman tarixi" adlı monoqrafiyasında Girdiman vilayətinin əsl tarixi şərh olunmuşdu.
Belə bir cəhəti xüsusi qeyd edək ki, onun irəli sürdüyü yeni fikirlər həm yazılı mənbələrin, həm elmi əsərlərin düzgün təhlilinə, həm də tarixi Girdiman vilayə-tindəki abidələrdə uzun illər aparılmış olan arxeoloji qazıntıların nəticələrinə əsaslanır. 1958-ci ildə çapdan çıxmış üç cildlik "Azərbaycan tarixi"nin birinci cildində yazılır: "Girdiman hökmranlığının torpaqları... Şamxorçayın şərq qolu olan Girdi-man çayı sahilini əhatə edirdi." Sonra məlumat üçün göstərim ki, Azərbaycan Sovet Ensiklopediyasının VI cildində isə belə yazılıbdı: "Girdiman - Azərbaycanda tarixi vilayət, Qafqaz Albaniyasının tərkibində idi. Mənbələrdə Qardman (ermə-nicə), Qardabani (gürcücə) kimi adı çəkilir... Girdimanın hansı ərazini əhatə etməsi haqqında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi Girdimanın Qazax rayonu, başqaları Şamxor və Gədəbəy rayonları ərazi-sində olduğunu göstərirlər". Onda belə bir sual yaranır: Necə ola bilər ki, Girdiman tarixini özündə yaşadan qədim toponimlər- Girdiman çayı, Cavanşir qalası, Cavanşir gölü, eyni zamanda təbii-coğrafi və etnik-mədəni göstəricilərin hamısı İsmayıllı və Ağsu rayonları ərazisində olsun, kitablarda göstərilsin ki, Girdiman hökmranlığı Şəmkir ərazisində yerləşib. Elə Qafar müəllimin öz sözləri ilə desək: “bəs bu tarixi yazanlar bilmirlərmi ki, Şəmkir çayının Girdiman adlı qolu heç yerli-dibli olmayıb! Bu düşmənçilikdir. Tutalım, yazan adamlar düşməndirlər, yaxud Azərbaycanı yaxşı tanımırlar. Bəs belə bir məsul işi yerinə yetirənlər- üç cildlik "Azərbaycan tarixi"ni və on cildlik ensiklopediyanı hazırlayan alimlərimiz hara baxırlar? Hər nə gəldi, kor-koranə çapa verməkmi olar? Axı, bu saxta tarixdən uzun illər, əsrlər boyu istifadə olunacaq”.
Tariximizə olan düşmənçilik münasibətinin kökləri qədimlərə gedir. Belə ki, XX əsrin 50-ci illərinədək Albaniya dövlətinin tarixi ilə bağlı tədqiqatlar Moskvanın göstərişi ilə, əsasən, ermənilərin və ermənipərəst alimlərin nəzarətində olub. Qafqaz Albaniyasının tarixinə dair fəsil və bölmələrin yazılmasına ümumi rəhbərlik isə S.T.Yeremyana tapşırılmışdı. O da Qafar müəllim dediyi kimi ermə-niliyini göstərərək, Albaniyanın və onun tərkib hissəsi kimi Girdiman hökmran-lığının tarixi və ərazilərinin lokalizəsi ilə bağlı əsas prinsipial məsələlərə dair faktları qəsdən, həm də məqsədli şəkildə təhrif etmişdir. Azərbaycan tarixinin çox mühüm bir mərhələsinə vurulmuş bu erməni saxtakarlığı mərkəzin əli ilə bizim öz tarixşünaslığımıza da keçmişdir.
Tarixən vətəni olmayan ermənilər, qaragürhuçu kimi gəlib Qafqazda Azərbaycan torpaqları hesabına özlərinə dövlət və saxta tarix yaratmaq niyətinə düşmüşlər. Hətta onlar "dənizdən-dənizə Böyük Ermənistan" xülyasını da ortaya atmışlar. Özlərini Qafqaz Albaniyasının varisi kimi qələmə vermək üçün qədim alban məbədlərini, kilsələrini "erməniləşdirmiş", o cümlədən Girdiman tarixi, tor-paqları ilə bağlı əsl həqiqəti ört-basdır edərək, saxta yolla onu hazırda məskunlaş-dıqları əraziyə yaxınlaşdırmağa çalışmışlar. Bu işlərin görülməsində onlara Rusiya və Qərb dövlətləri də kömək göstərmişlər.
Ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan Albanşünasları tərəfindən Albaniya tarixi həm arxeoloji, həm də mənbəşünaslıq baxımından intensiv şəkildə öyrınilir. Ancaq bununla belə Albaniyada mövcud olmuş inzibati-suyasi vahidlər-dən heç birinin tarixi indiyə qədər xüsusi tədqiqat mövzusu olmamışdır. Girdima-nın tarixi barədə isə olduqca yığcam, bir çox hallarda ziddiyətli məlumatlar veril-məklə kifayətlənilmişdir. Bu baxımdan prof. Q.Cəbiyevin oxuculara təqdim etdiyi “Girdimanın tarixi (IV-IX əsrlər)” əsəri Girdiman vilayətinin erkən orta əsrlər tarixinə həsr olunmuş ilk monoqrafik tədqiqat əsəridir.
Girdimanın saxta tarixini ifşa edib, düzgün tarixini yazmaq, Girdiman dövlətinin torpaqlarının indiki Ermənistanın sərhədləri yaxınlığında yox, məhz Şirvan ərazisində, Kür çayının sol qolu olan Girdiman çayının ətrafında yerləş-diyini prof.Q.Cəbiyev əsaslı dəlillərlə və konkret faktlarla sübut etmişdir. Əsərdə irəli sürülən və Azərbaycan tarix elmi üçün tamamilə yeni olan bəzi məqamlar üzərində dayanmaq əhəmiyyətli olardı. Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin lokalizəsi ilə bağlı tədqiqatçlıar arasında çox ciddi fikir ayrılığı mövcuddur. Əksər tədqiqatçılar Girdiman vilayəti ərazisini Albaniyanın qərbində lokalizə ediblər. İlk dəfə Q.Cəbi-yev Girdimanın Şirvan ərazisində, daha konkret desək Ağsuçay və Göyçay çayları hövzəsində lokalizəsinə elmi dəlillər əsasında sübuta yetirməyə çalışmış və buna da müvəffəq olmuşdur. Müəllif öz mülahizələrini, həmçinin Albaniyanın qərbində, daha doğrusu Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Girdimanla bağlı heç bir arxeoloji və memarlıq abidəsinin, habelə qədim toponimlərin olmaması, Şirvan ərazisində isə bu cür abidə və toponimlərin mövcudluğu ilə əsaslandırmışdı. Qafqaz ərazisində Girdiman adı ilə məlum olan yeganə çayın, Girdiman hökmdarı Xursan və cəsur Vardanın adını daşıyan qədim yaşayış yerlərinin, Cavanşirin adını daşıyan yaşayış yeri və VII əsrə aid möhtəşəm qalanın məhz Şirvan ərazisində olması da müəllifin fikirincə, Girdiman vilayətinin lokalizəsi və yeni fikir söyləmək üçün ciddi arqument hesab edilməlidir. Əsərdə Girdiman vilayətinin təbii coğrafi şəraiti və orada əhalinin məskunlaşması dinami-kasından danışılır. Aşkar edilən zəngin maddi-mədəniyyət qalıqlarına istinadən Girdiman ərazisinin minilliklər boyu intensiv məskunlaşma bölgəsi olduğu bildi-rilir. Əsərin mühüm üstünlüklərindən biri də Girdiman hökmdarı Cavanşirin bir çox keyfiyyətlərinin və alovlu vətənpərvər olduğunun təqdim edilməsidir. İndiyə qədər Albaniya tarixi barədə yazılmış tədqiqat əsərlərinin heç birində Cavanşirin xidmətləri və onun hərbi yürüşləri barəsində bu dərəcədə əhatəli bəhs olunmayıb. Bir sözlə prof.Q.Cəbiyevin “Girdiman tarixi (IV-IX əsrlər)” əsəri Azərbaycan Albanşünaslığına yeni bir töhfə kimi dəyərləndirilməlidir.
Fikrimizcə, bu məqamda AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovun Q.Cəbiyevin "Girdiman tarixi" əsərinə yazmış olduğu ön sözdən bir parçanı oxucuların diqqətinə çatdırmaq yerinə düşər: "Qafar Cəbiyev tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə tarix elmimizin də böyük uğurudur. Onun Girdima-nın IV-IX əsrlər tarixinə həsr olunmuş tədqiqatı elmimizdə yenilikdir, tarixi saxtalaşdıranlara, xüsusilə də, erməni saxtakarlarına tutarlı cavabdır, tarixi həqiqəti müdafiə edən araşdırmadır".
Prof.Q.C.Cəbiyev elmi axtarışlarını bununla məhdudlaşdırmamışdır. O uğurla və ara vermədən tədqiqatını davam etdirir. Belə ki, onun rəhbərliyi ilə Ağsu rayon ərazisində 2010-2013-cü illərdə çox iri miqyaslı arxeoloji qazıntı işləri apa-rılmışdı. Onun Nadir şah tərəfindən 1735-ci ildə əsası qoyulmuş orta əsr Ağsu şəhəri yerində apardığı qazıntılar buna əyani nümunədir. Abidədə qazıntı işləri 15000 kvadratmetr sahəni əhatə edir. Aşkara çıxarılmış maddi mədəniyyət qalıqları tədqiqatdan sonra, tam şəkildə, özü də müasir beynəlxalq standartlara uyğun olaraq konservasiya edilmişdir. Məhz həmin konservasiya işləri nəticəsində abidə bu gün həm də aktiv turizm obyektinə çevrilmiş və Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamə ilə qoruq elan edilmişdir. Ağsuda aşkar edilmiş pul dəfinələri, o cümlədən, qızıl Holland dukatlarından ibarət dəfinə isə XVIII əsrdə Azərbaycanın Avropa ölkələri ilə beynəlxalq əlaqələri barədə yazılı mənbə məlumatlarını maddi faktlarla daha da zənginləşdirmişdir. Bir sözlə, prof.Q.Cəbi-yevin rəhbərliyi ilə bu abidə də aparılan kompleks arxeoloji tədqqatlar Azərbay-canın son orta əsrlər dövrü tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmışdır.
 
Qədim Qəbələ, Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası, Şıxməzid xanəgahı, Gəgəli yaylağı nekropolu, Pir Ömər xanəgahı, Ərəb Qubalı şəhər yeri, Basqal qəsəbəsi kimi abidələrin tədqiqatçısı, Ağsu arxeoloji ekspedisiyasının rəisi, Azər-baycan mediasında sayılıb-seçilən qələm sahiblərindən biri, elmi ictimaiyyətin isə nüfuzlu arxeoloq-alim kimi yaxşı tanıdığı tarix elmləri doktoru, professor Qafar Cəfər oğlu Cəbiyevin 70 yaşı tamam olur. İstedadlı alim, bacarıqlı təşkilatçı, gözəl ailə başçısı, sadəliyi və səmimiyyəti ilə seçilən əziz dostum professor Qafar Cəbi-yevi 70 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, şərəfli fəaliyyətində uğurlar diləyirəm.
 
 
 
 
Oxunub : 1542