AZE ENG
Facebook
Twitter Google Myspace
“Episkeptis”
14-7-2016

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi, Epikür Bağı restoranının təşkilatı  dəstəyi  ilə  16-17  iyul 2016-ci  il tarixlərində  Gəncədə“Episkeptis” dekorativ-tətbiqi sənət  sərgisi keçiriləcəkdir. 

Sərgidə  Gəncəyə  qonaq gələn 190-illik tarixə malik dünyaca məşhur S.Q.Stroqanov  adına  Moskva  Dövlət İncəsənət və Sənaye Akademiyasının müəllim və tələbə  kollektivinin  bədii şüşə  əsərləri və   Gəncənin  dekorativ-tətbiqi sənət rəssamların şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif  istiqamət, texnika  və  mövzularda  işlənmiş  əsərləri  nümayiş olunacaq. Ekspozisiyaya  MDSİA-nin müəllimi  Butina Anna  Albertovna, MDİSA-nın tələbələri Kulikova Anna, Melniçuk Mariya, Tarasova Ekaterina, Smirnova Mariya, Drojdin Aleksey və s., Gəncə rəssamlarından isə Məhər Məhərrəmov, Şəhla Nəzərova, Sona Məhərrəmova və s. ümüumilkdə 30 əsəri nümayiş etdiriləcək. 

«Episkeptis» dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına  əsasən episkeptis yunan dilindən tərcümədə - qonaq, kimisə dostcasına  ziyarət edən şəxsdir. Sərgiyə bu adın verilməsi və  məhz Epikur bağında  keçirilməsi təsadüfi deyildir. Belə ki, bəyaz interyerindən istifadə edərək şəffaf bədii şüşə və incə tikmələrinin bu cür aurada təqdim olunması vəhdət təşkil edəcəkdir. Eyni zamanda, məkanın adının götürüldüyü yunan filosofu  Epikürun və onun davamçılarının etiketinə əsasən, onların məkanına və geniş anlamda  Azərbaycana,  Gəncəyə  gələn hər kəs qonaqdır: “Qonaq, sən burada zövq alacaqsan; burada məmnuniyyət - ən ali mənəvi sabitlik vəziyyətidir”. 

Sərginin kuratoru MİRAS üzvü Məhbarə Abbasovadır. 

Layihənin məqsədi bölgədə olan mədəni həyatın inkişafına təkan vermək, bədii sərgi həyatını canlandırmaq, istedadlı və yaradıcı gənclər arasında beynəlxalq  müstəvidə  şəbəkələşməni ilkin olaraq qurmaq və gələcək inkişafına zəmin yaratmaq, Gəncədə müxtəlif istiqamətlərdə işləyən tətbiqi-sənət  rəssamlarını  Rusiyadan  olan  rəssamlarla  bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir. 

Sərginin  açılışı  16 iyul 2016-cı il  tarixdə  saat  19.00-da  Epikur bağında keçiriləcək. Giriş sərbəstdir.

Sərgidə  ümumilikdə 15 rəssamın  iştirakı  nəzərdə  tutulur.

Oxunub : 3542