AZE ENG
Facebook
Twitter Google Myspace
"Qədim kurqan çölü və Abşeronun daş yolları"
21-6-2020

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi  19 iyun "Qədim kurqan çölü və Abşeronun daş yolları" mövzusunda vebinar keçirdi.Vebinarın moderatoru "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli idi. Vebinarda daş yollar üzrə tanınmış tədqiqatçı Faiq Nəsibovun məzurəsi dinlənilib. Faiq Nəsibov məzurəsində Türkan qəsəbəsi yaxınlığında yerləşən qədim kurqan çölündən, üzərində yerləşən abidələr və Abşeronun daş yollarından, çöl tədqiqatlarından bəhs edib. Bu abidələrin mühafizəsinin və təbliğinin vacibliyini vurğulayıb.

Müzakirələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Magistrantı Pərvin Niftəliyeva,  AMEA Tarix İnstitutunun  aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, Dövlət Turizm Agentliyi- Qoruqları İdarəetmə Mərkəzinin əməkdaşı Leyla Əliyeva, tədbirlər və  brend komunikasiyalar üzrə menecer Zaur Cebrayıl iştirak edib. Onlar Xəzər dənizinin digər sahillərində daş yolların olub-olmamasından, Daş yolların təbliğindən, bu yolların quruda olan hissələrinin hara çıxmasından, su altında olan yolların tədqiqatı və təbliği haqqında suallar ünvanlayıblar.

https://www.youtube.com/watch?v=oxGzDng-7tA&feature=share&fbclid=IwAR2ya9cAC3bs-KSLrmijsf_paxlc1xa_b-njFxb5XKSuD7tLxghMQOnvbmM

Oxunub : 1616