AZE ENG
Facebook
Twitter Google Myspace
Ümumdünya Abidələr Fondu təhlükə altında olan tarixi yerlərin 2022-ci il üzrə siyahısını elan edib
2-3-2022

 1996-cı ildə "Amerikan Ekspres"-in təsisçi sponsorluğu ilə fəaliyyətə başlayan "Müşahidə" (Watch) proqramı iki ildən bir elan edilir. "Müşahidə" bütün dünya üzrə fərdlər və icma əsaslı təşkilatlar tərəfindən irəli sürülən tarixi yerləri əhatə edir. Proqramın başlanğıcından bəri "Müşahidə" proqramı qorunmağa ehtiyacı olan mədəni irs və tarixi yerlər haqqında məlumatlılığın artırılması, onların qorunmasına dəstək, gücləndirici tədbirlər üçün sübut edilmiş bir vasitədir. Tarixi yerlər istənilən şəxs və ya təşkilat tərəfindən irəli sürülə bilər. Bu "Müşahidə" proqramının yerli icma üzvlərinin və sakinlərin səslərini gücləndirmək üçün güclü platforma olaraq qalmasını təmin edir. Namizədlər təqdim edildikdən sonra "Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura" (İKOMOS) və yekun seçimə cavabdeh olan beynəlxalq irs ekspertlərindən ibarət müstəqil panel tərəfindən geniş daxili və xarici baxışdan keçir. Bu günə qədər "Ümumdünya Abidələr Fondu" (WMF) 300-dən çox "Müşahidə" proqramındakı layihələrə 110 milyon dollardan çox töhfə verib. "Müşahidə" proqramı tərəfindən təmin edilən tanınma icmalara digər mənbələrdən əlavə 300 milyon dollar cəlb etməyə kömək edir. Martın 1-də onlayn keçirilən iclasda cari 2022-ci il "Dünya Abidələrini Müşahidə" proqramı üçün fövqəladə əhəmiyyət kəsb edən, aktual problemlərlə üzləşən və "Ümumdünya Abidələr Fondu"nun yerli icmalarla tərəfdaşlığının mənalı fərq yaratmaq potensialına malik olan 25 tarixi yer seçilmişdir. Həmin tarixi yerlərin adlarını və üzləşdikləri problemləri aşağıda qeyd edirik:

 
Qarsiya otlaqları (Braunsvill, Texas, Amerika Birləşmiş Ştatları): Təbii ehtiyatların çıxarılması və əcdadlarının torpaqlarının təhqir edilməsi ilə təhdid edilən Texasın Karrizo Komekrudo qəbiləsi ənənəvi ərazisinin gələcəyini təmin etmək üçün rəsmi hüquqi tanınma tələb edir.
 
Afrika şəhərciyi (Mobil, Alabama, Amerika Birləşmiş Ştatları): Əvvəllər əsarət altında olan afrikalılar tərəfindən qurulan tarixi Alabama icması evlərini qorumaq və ətraf mühitə ədalət çağırışı etmək üçün son arxeoloji kəşfdən istifadə etmək üçün dəstək axtarır.
 
Teotihuakan (San Xuan Teotihuakan, Meksika): İkonik arxeoloji parkda daha inklüziv turizm planlaması və ziyarətçilərin idarə edilməsi ətraf icmaların üzləşdiyi iqtisadi problemlərin həllinə kömək edə bilər.
 
Lamanay (Hindu Kilsəsi kəndi, Beliz): Qədim Maya şəhərini əhatə edən beynəlxalq turizm məkanı ərazi ilə yerli sakinlər arasında əlaqələri gücləndirməyə kömək etmək üçün daha inklüziv irsin idarə olunması planını tələb edir.
 
Monte Aleqre Dövlət Parkı (Braziliya): Amazondakı tarixöncəsi mağara rəsmləri ətraf mühitin deqradasiyası ilə təhdid edildiyi üçün yaxınlıqdakı icmaları cəlb edən və onlara fayda verən idarəçiliyin təkmilləşdirilməsi tələb olunur.
 
Asantenin ənənəvi binaları (Kumasi yaxınlığı, Ashanti bölgəsi, Qana): Asante krallığının son memarlıq qalıqlarından olan və son zamanlarda davamlı dağılmaya məruz qalan möhrədən dini ibadətgahlar idarəetmə və mühafizə üçün yeni yanaşmalar tələb edir.
 
Uaqaduqu icma evi (Uaqaduqu, Burkina Faso): Burkina Fasoda Afrika modernizminin mühüm əlaməti və unikal nümunəsi olan abidə ictimai həyatı yaxşılaşdırmaq və vətəndaş qürurunu inkişaf etdirmək üçün reabilitasiya tələb edir.
 
Benqazinin tarixi şəhər mərkəzi (Benqazi, Liviya): Müharibədən zərər çəkmiş Benqazidə mühüm ictimai meydanın dirçəldilməsi bərpa səylərini sürətləndirə və icma tərəfindən idarə olunan şəhər möhkəmliyinin simvolu kimi xidmət edə bilər.
 
Nuri (Sudan): Ətraf mühit faktorları ilə təhdid edilən qədim Kuş krallığının hökmdar piramidaları daha da dağılmasının qarşısını almaq üçün yenilənmiş idarəetmə strategiyaları və mühafizə müdaxilələri tələb edir.
 
Abidos (Misir): Qədim Misirin ən mühüm tarixi yerlərindən birində turizm və şəhərin genişlənməsi davamlı mühafizəni dəstəkləmək üçün texniki təcrübə və diqqətli planlaşdırma tələb edir.
 
Beyrutun tarixi binaları (Livan): 2020-ci ilin avqustunda baş verən partlayış nəticəsində dağılan canlı sahil şəhəri Beyrutun identikliyi üçün vacib olan tarixi binaları qorumaq və bərpa etmək məqsədilə əlavə dəstəyə ehtiyac var.
 
Fabrik sinaqoqu və Timişoara Yəhudi irsi (Timişoara, Rumıniya): Möhtəşəm sinaqoqun mədəni xəritələndirilməsi və bərpası Rumıniyanın qərbindəki yəhudi irsinin yenidən görünməsini təmin edə və yerli sosial birliyi təşviq edə bilər.
 
Hurst qalası (Lymington, Böyük Britaniya): 2021-ci ildə qismən dağılan VIII Henrix tərəfindən tikilmiş qala davamlı monitorinq vasitəsilə iqlim dəyişikliyinin sahil irsinə təsirinin həllinə təcili ehtiyac olduğunu göstərir.
 
Soqotra arxipelaqı (Yəmən): Soqotra icması mədəni xəritələndirmə və Soqotra adasında zəngin mədəni irsinin inventarlaşdırılması vasitəsilə öz identikliklərini qorumağa və təbliğ etməyə çalışır.
 
Koaqannu məscidləri və qəbiristanlığı (Maldiv adaları): Fərqli mərcan daş memarlığına malik olan tarixi sahil qəbiristanlığı sürətlə yüksələn dəniz tərəfindən təhlükə altına düşdüyü üçün iqlim böhranının aktuallığını və adaptiv qorunma həllərinə ehtiyacı vurğulayır.
 
Sumba adası (İndoneziya): Sumba icmasının dini evlərinin quruluşları, onların simvolik məna qatlarını qorumaq və itməsinin qarşısını almaq üçün zəruri olan ənənəvi biliklərə dair icma əsaslı təlimlərin keçirilməsini nəzərdə tutur.
 
Kinçela Aborigen Oğlanlar Təlim evi (Kinçela, Avstraliya): Sağ qalanların səyi nəticəsində ailələrindən zorla götürülən aborigen oğlanlar üçün nəzərdə tutulan keçmiş hökumət qurumunu həqiqəti söyləmə və bərpa etmə ocağına çevirməyə çalışırlar.
 
Bunonq icmasının mədəni landşaftı (Mondulkiri vilayəti, Kamboca): Mədəni irs yerlərinin xəritələndirilməsi və sənədləşdirilməsi Bunonq icmasının əcdad torpaqlarını aqrar sənayenin inkişafı və genişlənməsindən qorumaq üçün mübarizəsini dəstəkləyə bilər.
 
Yonqtayın möhkəmləndirilmiş malikanələri (Fujian, Çin): Çinin ucqar cənub-şərqindəki möhkəmləndirilmiş malikanələr kənd yerlərinin canlandırılması, icma tərəfindən ətraf mühitin idarə edilməsi və davamlı turizm üçün bir fürsət təqdim edir.
 
Bağerhat şəhəri məscidi (Bağerhat, Banqladeş): Qədim Xəlifətabadın dini landşaftı onun salamat qalmasını və Bağerhat icmasına davamlı xidmət göstərməsini təmin etmək üçün iqlimə uyğunlaşma tələb edir.
 
Tiretta bazarı (Kəlküttə, Hindistan): Hindistanın ən erkən Çin məhəlləsi həyat tərzini dəstəkləmək üçün tarixin və şəhərlərin canlandırılması ilə tanınmaq istəyən milli azlıq icmalarının evidir.
 
Katmandu vadisinin Hitis su fəvvarələri (Katmandu vadisi, Nepal): Yerli icmaların təmiz suya etibarlı çıxışını təmin etmək üçün tarixi su paylama məntəqələrinin və yeraltı kanalların geniş sistemi texniki xidmətə ehtiyac duyur.
 
Cahangir Türbəsi (Lahor, Pakistan): Pakistandakı yeganə Muğal imperatorunun türbəsi yeni ziyarətləri təşviq etmək və genişlənən şəhər şəraitində icmaların istirahəti üçün əvəzolunmaz yaşıllıq sahəsi təmin etmək üçün bərpa tələb edir.
 
https://www.wmf.org/watch
 
Oxunub : 1107