May ayının 12-də Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində "Bakıdan Balkanlara Xəlvətilik" III Beynəlxalq Simpoziumu keçirilib. Simpoziumu Gənc Təsəvvüfçüləri Dəstəkləmə və Təkmilləşdirmə Dərnəyi təşkil edib. Türkiyə, Azərbaycan, Makedoniya, Bosniya və Hersoqovinadan 20 alimin sufizm və xəlvətiliyə dair müxtəlif mövzularda məruzəsi dinlənilib. |