Mayın 26-da "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan adlı dövlətin yaranması haqqında" vebinar keçirilib. Vebinarın məruzəçisi Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov, moderatoru Azərbaycan Texniki Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov olub. |