AZE ENG
IV BEYNƏLXALQ HƏMZƏ NİGARİ AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN QURULUŞUNUN 100-CÜ İLİNDƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ SİMPOZİUMU (TARİX-ƏDƏBİYYAT-İNCƏSƏNƏT)
Amasiya Universiteti, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi), AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində keçirilən Simpoziumun bu il əsas mövzusu “Azərbaycan Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri”dir. Tarix, ədəbiyyat və incəsənət mövzularında Siz dəyərli alimlərin məruzələrini bu elm festivalında dinləmək bizi şərəfləndirəcəkdir. 
8-6-2018
Ardını oxu
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ QAFQAZ İSLAM ORDUSU - TÜRK DÜNYASI DÖVLƏTÇİLİK İRSİ BEYNƏLXALQ SİMPOZİUMU
Odlar Yurdu Universiteti, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 18-19 oktyabr 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu, Türk Dünyası Dövlətçilik İrsi Beynəlxalq Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi Türk dünyasının dövlətçilik irsində Azərbaycan Xalq Cümhuriyyətinin yerini müəyyən etmək və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yenidən xatırlamaqdır.
29-5-2018
Ardını oxu
Aprel Şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi müsabiqə elan edir
Müsabiqənin mövzusu: İnamım, qürurum, and yerim şəhidlərim. Məktəblilər müsabiqəyə yazı və bədii qiraət nominasiyalarında işlər təqdim edə bilər. 1. Yazılar - Word formatında e-mail ünvanımıza göndəriləcək. Yazılar məqalə, esse, şeir, hekayə ola bilər. Bəyənilən yazının müəllifinə məlumat veriləcək və Muzeyə dəvət olunacaq. 2. Bədii qiraət – mətni, şeiri səsləndirin və vatsap ünvanımıza göndərin.
10-5-2018
Ardını oxu
III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI
Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Şamaxı və Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq.
1-1-2018
Ardını oxu
MİRASA ÜZV OL!
Üzv olaraq
1. MİRASın seçkili orqanlarına seçil;
2. MİRASın layihələrinə qoşul və layihələrini reallaşdır;
3. MİRAS jurnalı əldə et; 
22-12-2017
Ardını oxu
Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu
Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, riyazi texnologiyanın tətbiqi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
20-12-2017
Ardını oxu
VI Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransı - 2018
Matera, İtaliya, 23-25 may
http://www.yococu2018.com
Son müraciət tarixi 28 yanvar 2018-ci ildir.
18-12-2017
Ardını oxu
Ohrid-Vodici, 2018 Konfransı
Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, iqtisadiyyat, turizm, media , mədəni identiklik, terrorizm, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularını əhatə etməlidir.
24-10-2017
Ardını oxu
Tərəkəmə folkloru müsabiqəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan ”Quzuçuyam, quzu məndə: Məktəb nəzdində tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” adlı layihə tərəkəmələrin həyat tərzi barədə, onların ta qədimdən indiyə kimi yaddaşlarda qalan folklorunu, deyimlərini, bayatı, şeir yaradıcılığını araşdırır və təbliğ edir.
24-10-2017
Ardını oxu
V Beynəlxalq Mədəni İrs, İqtisadiyyat, Turizm və Media Konfransı
V Beynəlxalq Mədəni İrs, İqtisadiyyat, Turizm və Media Konfransı
“Ohrid-Vodici, 2017” - 17-19 yanvar 2017 - Ohrid, Makedoniya
23-10-2016
Ardını oxu
Qafqaz İslam Ordusu - Bakı Yollarında turu
İştirakçılar XX əsrin əvvəllərində xalqımızın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.
22-8-2016
Ardını oxu
Arxeologiya günü / Day of Archaeology
HƏR İL İYUL AYININ MÜXTƏLİF GÜNLƏRİNDƏ KEÇİRİLƏN ARXEOLOGİYA GÜNÜ ARTIQ ÜÇÜNCÜ İLDİR Kİ, AZƏRBAYCANDA MİRAS MƏDƏNİ İRSİN ÖYRƏNİLMƏSİNƏ KÖMƏK İCTİMAİ BİRLİYİ TƏRƏFİNDƏN QEYD OLUNUR. BÜTÜN İŞTİRAK ETMƏK İSTƏYƏN İRSSEVƏRLƏRİ AĞSUYA DƏVƏT EDİRİK.
22-7-2016
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 >>