AZE ENG
Facebook
Twitter Google Myspace
Ayşən Zeynallı

Mən, Ayşən Eldar qızı Zeynallı 1996-cı il yanvar ayının 26-da Biləsuvar rayonu, Dəvrişli kəndində anadan olmuşam. 2002-ci ildə Dəvrişli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, beşinci sinifə kimi təhsilimi burada davam etdirmişəm. 2008-ci ildə Bakı şəhəri, Yasamal rayonu 158 nömrəli orta ümumtəhsil məktəbində yeddinci sinifi bitirmişəm. 2013-ci ildə Bakı şəhəri, Nizami rayonu 62 saylı məktəb-liseyində 11-ci sinfi bitirmişəm. 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının əyani şöbəsinə daxil olmuşam. Hal-hazırda həmin universitetin IV kurs tələbəsiyəm. Universitetdə ATGT qrup sədri, ATHT üzviyəm. Bu illər ərzində müxtəlif tədbirlərdə iştirak etmişəm. Bakı 2015 I Avropa Oyunlarında tamaşaçılara yardım könüllüsü, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında Milli Olimpiya Komitəsinə yardım könüllüsü kimi fəaliyyət göstərmişəm. “Bir”- Tələbə Könüllü proqramının üzviyəm. 2014-cü ildən 2017-ci ilə kimi MİRAS İctimai Birliyində üzv kimi fəaliyyət göstərmişəm. Bu illər ərzində MİRAS-ın bir çox yerli və beynəlxalq tədbirlərində iştirak etmişəm. 2017- ci il 17-18 may Şamaxı şəhərində keçirilən “ III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrs Simpoziumu” nda məqaləmlə çıxış etmişəm. 2017- ci il 22 noyabr tarixindən  MİRAS İdarə Heyətinin Katibi vəzifəsində fəaliyyətimi davam etdirirəm. Subayam, ailəmlə yaşayıram. 

Oxunub : 1004
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod