AZE ENG
Facebook
Twitter Google Myspace
Aytən Namazova

Aytən Namazova Novruz qızı 23 mart 1995-ci ildə Ağstafa rayonunda anadan olub. 2001-ci ildə Ağstafa rayonunun Sadıqlı kənd orta məktəbinə daxil olub, 2012-ci ildə məktəbi bitirib. 2013-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olub, 2017-ci ildə universiteti bitirib. 2015-ci ilin fevral ayından etibarən Miras İctimai Birliyinin üzvüdür. Bir sıra konfrans və layihələrin, həmçinin 2015 və 2016-ci illərdə  I və II Beynəlxalq Tərəkəmə Folklor Festivalında könüllü kimi, Mehrəvan qalasının arxeoloji qazıntısında könüllü kimi,  “Kim, Harada, Necə” intellektual yarışmasının,  2015 və 2016-cı ildə Avropa təhsil, gənclik və idmana dövlət dəstəyi proqramı ERASMUS + çərçivəsində Belçika Türk Dərnəkləri Birliyi və MİRAS İctimai Birliyinin birgə layihəsi olan “Yüksək tədris və fərdi inkişafın təşviq olunması. Qarşılıqlı təcrübədən yararlanmaq” layihəsinin, 2016-ci ildə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunun və s. iştirakçısı olub. 2017-ci ilin noyabrında İdarə Heyətinin üzvü seçilib, Uşaq və Gənclərlə İş Departamentinin sədri təyin olunub.

Oxunub : 1247
Sayı : (1)
Göndərən: Geray

1013 yazisi2013le evezlensin

15-12-2017  |  00:03
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod