AZE ENG
Facebook
Twitter Google Myspace
Fariz Xəlilli

Xəlilli Fariz Sabir oğlu 1 avqust 1980-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1986-cı ildə Ağsu rayonu Gəgəli kənd orta məktəbinin birinci sinifinə daxil olub. 1997-ci ildə Bakı şəhəri 192 №-li orta məktəbi bitirib. 1997-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsinin əyani şöbəsinə daxil olub. 2001-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasına Qədim dünya tarixi ixtisası üzrə daxil olub. 2003-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə “Azərbaycan Tarixi Muzeyinin arxeoloji materialları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi (ən qədim dövrdən e.ə. IV əsrə qədər)” namizədlik dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) adını alıb. 

1 yanvar 2002-ci ildən 25 dekabr 2003-cü ilə kimi Milli Azərbaycan Tarixi Muzeyində böyük laborant işləyib. 2003-cü il dekabr ayının 25-də Milli Azərbaycan Tarixi Muzeyinin aspiranturasına daxil olub və oranı 2006-ci ildə bitirib. 25 dekabr 2006-cı ildən 10 fevral 2009-cu ilə kimi Milli Azərbaycan Tarixi Muzeyində elmi işçi və 2009-cu ildən 11 iyul 2011-ci ilə kimi Arxeologiya elmi fond şöbəsinin müdiri vəzifəsində işləyib. 31 mart 2010-cu ildən hal-hazıradək Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədridir. 11 iyul 2011-ci ildən 10 fevral 2014-cü ilə kimi Azərbaycan Müəllimlər İnstitutunda müəllim, 10 fevral 2014-cü ildən 01 sentyabr 2014-cü ilə kimi Azərbaycan Müəllimlər İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində işləyib. 

Milli Azərbaycan Tarixi Muzeyinin 2004 və 2008-ci illər, Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin 2009-cu il ekspozisiyalarının, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin III, IV, V və VII qazıntılardakı sərgi zallarının (2010-2013) hazırlanmasında yaxından iştirak edib, bəzilərinə rəhbərlik edib. 2006-cı ilin iyun ayında Norveç krallığının Stavanger Arxeologiya Muzeyində arxeologiya və muzey təcrübəsi keçib. Azərbaycan, türk, ingilis, rus, norveç, ərəb dillərində 120-ə qədər elmi məqalə və tezisləri nəşr olunub. Beynəlxalq elmi simpozium və konfranslarda yaxından iştirak edir. 20-dən çox ölkənin 100-ə qədər şəhərində simpozium, konfrans, seminar və sərgilərində Azərbaycanı təmsil edib. 

2004-cü ildən arxeoloji ekspedisiyalarda fəal iştirak edir. Şabran, Qəbələ, Şamaxı, İsmayıllı, Ağsu ekspedisiyalarında işləyib. Hazırda Ağsu ekspedisiyasının rəis müavinidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi 4 layihə - “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” (2011), "Azərbaycanda tarixi-mədəniyyət abidələrinin mühafizəsi və təbliği: Mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr" (2013), Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” (2014), “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasiına dəstək” (2015) - həyata keçirib.

Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış mühafizə müqaviləsi əsasında Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin mühafizə və istifadə edən struktura da rəhbərlik edir.

Evlidir. 3 övladı var. 

Oxunub : 1316
Sayı : (1)
Göndərən: Anar Hebibov

Xeyirli olsun

04-11-2017  |  19:29
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod