AZE ENG
Facebook
Twitter Google Myspace
Tərəkəmə folkloru müsabiqəsi
24-10-2017

Müsabiqənin şərtləri:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan ”Quzuçuyam, quzu məndə: Məktəb nəzdində tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” adlı layihə tərəkəmələrin həyat tərzi barədə, onların ta qədimdən indiyə kimi yaddaşlarda qalan folklorunu, deyimlərini, bayatı, şeir yaradıcılığını araşdırır və təbliğ edir.

Araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycanın şifahi xalq yaradıcılığının inkişafında xüsusi yeri olan tərəkəmə folklor yaradıcılığı, demək olar ki, ayrı mövzu şəklində araşdırılmayıb. Çoxsaylı folklor nümunələri yox olmaqdadır. Ona görə də layihənin araşdırma və təbliğat qrupu yuxarıda sadalanan sahənin zənginləşməsi məqsədi ilə fotoqrafiya, əl işləri, rəssamlıq, esse yazısı və videofilm üzrə yerli və xarici məktəblilər arasında müsabiqə keçirməyi planlaşdırır.

Müsabiqənin mövzusu: Tərəkəmə folkloru.

Müsabiqəyə foto, rəsm, əl işləri, esse yazılar, film və videoçarx nominasiyalarında iş təqdim oluna bilər.

1. Foto – Müsabiqəyə göndəriləcək fotolar jpg formatında və yüksək keyfiyyətdə olmalıdır. Foto üzərində kəsmə, rəng, kontrast kimi bir sıra kiçik əməliyyatlar aparıla bilər. Lakin dəyişikliklər köklü surətdə olmamalı, redaktə işləri fotonun gerçək halını böyük qismdə əks etdirməlidir.

2. Rəsm – Müsabiqəyə təqdim etmək istədiyiniz rəsmin əvvəlcə şəklini çəkib mail ünvanımıza göndərirsiniz. Bu şəkillər dəyərləndirilməsi üçün jüri heyətinə təqdim olunacaq. Bəyənildiyi təqdirdə məktubla bu sizə bildiriləcək və öz rəsm işinizlə Ağsu rayonu H. Musayev adına Gəgəli kənd ümumi orta məktəbinə təqdim edəcəksiniz.

3. Əl işləri – Rəsm kateqoriyasında olduğu kimi, eynilə öz əl işlərinin şəklini çəkib e-mail ünvanımıza göndərirsiniz. Bəyənildiyi təqdirdə əl işinizlə birlikdə məktəbimizə gəlməyiniz sizə bildiriləcəkdir.

4. Esse yazılar - Word formatında e-mail ünvanımıza göndərməlisiniz. Bəyənilən essenin müəllifinə məlumat veriləcək və məktəbə dəvət olunacaq.

5. Film – 2 dəqiqəlik videoçarx və ya 5 dəqiqəlik qısa film təqdim edə bilərsiniz.

İşlər "tarakamafolkloru@gmail.com" ünvanına 30 noyabr 2017 – ci il tarixdən gec olmayaraq göndərilməlidir. Məktubun mövzu hissəsinə “müsabiqə” yazılmalı, ondan aşağıda qalan hissədə isə iştirakçının soyadı və adı qeyd edilməlidir.

Təqdim ediləcək işlərin sayına məhdudiyyət qoyulmur. Hər kateqoriya üzrə qalib gəlmiş ilk 3 yerə diplom və bütün iştirakçılara sertifikat veriləcəkdir. Qaliblər Tərəkəmələrin yurd görüşünə qatılacaq, 1 gecə 2 gün tərəkəmələrin qonağı olacaqdır.

Təqdimat 16 dekabr 2017-ci ildə Tərəkəmələrin yurd görüşündə baş tutacaq.

İşlərin sərgisi 16 dekabr-22 dekabr 2017-ci il tarixlərində keçiriləcəkdir.

 

Müsabiqənin mətninə və şərtlərinə görə AR Təhsil Nazirliyi heç bir məsuliyyət daşımır.

Oxunub : 412
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod