AZE ENG
Facebook
Twitter Google Myspace
II Beynəlxalq Ağsu Simpoziumu
25-8-2019

“TƏRƏKƏMƏ HƏYAT TƏRZİ: DÜNƏN, BU GÜN, SABAH” MÖVZUSUNDA

II BEYNƏLXALQ AĞSU SİMPOZİUMU

 

Prof.Dr. Kübra Əliyevaya həsr olunur

 

20-21 dekabr 2019-cu il

Ağsu – Azərbaycan

 

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrsini Araşdırma İnstitutunun təşkilatçılığı ilə 20-21 dekabr 2019-cu ildə “Tərəkəmə həyat tərzi: dünən, bu gün, sabah” mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu keçiriləcək. Bu simpoziumun əsas məqsədi bütün dünyada Tərəkəmə həyat tərzini öyrənən alimləri bir yerə toplamaq, "Tərəkəmə həyat tərzi" konsepsiyası üçün elmi əsasları formalaşdırmaqdır. Simpozium Tərəkəmə həyat tərzini öyrənən alimlərimizdən Prof.Dr. Kübra Əliyevaya həsr olunur.

 

Simpoziumun şərtləri:

Simpozium Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Noyabr ayının 5-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır.  Tezislər miraspresscenter@gmail.com ünvanına göndərilməlidir. 

 

Simpozium mövzuları:

Tərəkəmə həyat tərzinin hermenevtik fəlsəfi açıqlamaları

Tərəkəmə həyat tərzinin mənbəşünaslığı

Tərəkəmə həyat tərzinin tarixşünaslığı

Tərəkəmə həyat tərzi qədim dövrdə

Tərəkəmə həyat tərzi orta əsrlərdə

Tərəkəmə həyat tərzi yeni və müasir dövrdə

Türklərin Tərəkəmə həyat tərzi

Xalça

Alaçıq, çadır, dəyə

Qışlaqlar

Yaylaqlar

Tərəkəmə obaları

Tərəkəmə folkloru

Tərəkəmə incəsənəti

Tərəkəmə aşıqları

Tərəkəmə həyat tərzi elmi konsepsiyası təklifləri

 

Simpoziumun yeri:

Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi / Ağsu

 

Simpozium təqvimi:

Tezislərin son göndərilmə tarixi: 5 noyabr 2019

Qəbul edilən tezislərin elanı: 15 noyabr 2019

Rəsmi dəvətlərin göndərilməsi: 15 noyabr 2019

Məruzələrin tam mətninin göndərilməsi: 10 dekabr 2019

Simpozium kitabı sonradan nəşr olunacaqdır.

Simpozium proqramının elan olunması: 15 dekabr 2019

Simpozium Günləri:

1-ci gün: 20 dekabr 2019 (Qeydiyyat: 09.00-11.00)

2-ci gün: 21 dekabr 2019

 

Simpoziumun Fəxri Komitəsi:

 

Prof.Dr. Kübra ƏLİYEVA

AMEA Memarlıq və İncəsənət İnstitutu

 

Simpoziumun Elmi Komitəsi:

 

Prof.Dr. Vəli ƏLİYEV

Prof.Dr. Cəfər QİYASİ

Prof.Dr. Qafar CƏBİYEV

Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ

Prof.Dr. Şikar QASIMOV

Prof.Dr. Nərgiz ƏLİYEVA

Dos.Dr. Gülnarə SƏFƏROVA

Dos.Dr. Həbibə ƏLİYEVA

Dr. Kamran QƏDİMOV

Dr. Fariz XƏLİLLİ

Dr. Rəşad İBRAHİMOV

Dr. Elmira ABASOVA

Dr. Günel SEYİDƏHMƏDLİ

Şəfa MÖVSÜMLÜ

Tərxan PAŞAZADƏ

Sənan NEMƏTOV

 

Gürcüstan

Elnur ƏLİYEV

 

Türkiyə

Prof.Dr. Recep KARADAĞ

Dr. Metin HAKVERDIOĞLU

Dr. Afina BARMANBAY

 

Şimali Kipr

Dr. Nazim MURADOV

 

İtaliya

Prof.Dr. Luigi SCRINZI

Dr. Andrea MACCHIA

 

Makedoniya

Prof.Dr. Rubin ZEMON

Prof.Dr. Zoran MATEVSKİ

 

Simpozium Təşkilat Komitəsi:

 

Təşkilat Komitəsinin sədri

Orxan QƏMBƏROV

 

Təşkilat Komitəsinin üzvləri:

Sabit ABDULLAYEV

Gülşən HÜSEYNOVA

Şölə BAYRAMOVA

Nərgiz QARAYEVA

Aytən NAMAZOVA

Tofiqə CƏFƏRLİ

Aidə MƏLİKOVA

Ruslan ADGÖZƏLOV

Ayşən ZEYNALLI

Anar HƏBİBOV

 

İştirak xərci:

Simpozium qeydiyyat xərci – 30 AZN

Nəqliyyat xərci daxil deyil.

 

Web adres: www.miras.az

E-mail: miraspresscenter@gmail.com

Adres: Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi

 

Dr. Fariz XƏLİLLİ: 00994508764043 (vatsap)

 

Tərəfdaşlar:

Beynəlxalq YOCOCU Assosiasiyası

Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi

Ağsu 1 nömrəli məktəb-liseyin Ağsutex klubu

Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu

 

Tərəfdaş olmaq istəyən qurumlar müraciət edə bilərlər.

Oxunub : 169