AZE ENG
Facebook
Twitter Google Myspace
Türk Musiqi Axşamı
8-1-2014

Yanvar ayının 23-də şəhərimizdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Türk musiqi axşamı” keçiriləcəkdir. “Bir millət iki dövlət” devizi altında baş tutacaq konsertdə Bakı Musiqi Akademiyasının Türk tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçiləri - müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şenlendirici, solistlər Elif Nun, Osman Özel, Mehmet Bitmez (ud), Ercüment Ekin (klaviş), Kadir Verim (kemane), Gürkan Çakmak (etnik nəfəs alətləri), Coşgun Karademir, Emirhan Kartal və Ata Bahri Çağlayan (bağlama), qonaq qismində Ergün Şenlendirici (klarnet), Ceyhun Çelikten (klaviş) iştirak edəcəklər. Konsert Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda keçiriləcək. İki saata yaxın davam edəcək konsertdə ifaçıların repertuarından seçilmiş musiqi parçaları, sevilən türk xalq, türk sanat və estrada, eləcə də Azərbaycan musiqi nümunələrinin ifa olunması nəzərdə tutulub.

Oxunub : 1324