AZE ENG
Facebook
Twitter Google Myspace
BEYNƏLXALQ MƏDƏNİYYƏT, İNCƏSƏNƏT VƏ FOLKLOR KONFRANSI İNCƏSƏNƏT SƏRGİSİ
19-2-2015

 23-27 aprel 2015-ci il
Rostov-na-Donu - Rusiya

23-27 aprel 2015-ci ildə Rusiya Federativ Respublikasının Rostov-na-Donu şəhərində Cənubi Federal Universiteti (Rusiya), Səlcuq Universiteti (Türkiyə) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı keçirləcəkdir.
Türkiyə, Rusiya və Azərbaycan eyni coğrafiyada yüz illərdir ki elmi və mədəni münasibətlər içərisində olan ölkələrdir. Folklor, mədəniyyət və incəsənət sahəsində hər üç ölkənin həyata keçirəcəyi elmi və mədəni fəaliyyətlər ölkələrarası dialoqun inkişafına da kömək edir. Folklor şifahi və yazılı ədəbiyyat, adət-ənənə və inanclar, musiqi, mətbəx vərdişləri və xalq təbabətini araşdıran, bu tədqiqat sahələrinin bir-biri ilə əlaqələrini, mübadilə, təsir və digər problemlərini həll edən, eləcə də nəticə, üsul, qayda və qanunları özünəməxsus şəkildə öyrənir.
Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransına elm və mədəniyyət sahəsində araşdımalar aparan bütün tədqiqatçılar dəvətlidir.
Konfransın mövzusu:
- Plastik sənətkarlıq
- Ənənəvi sənətkarlıq
- Tarix
- Ədəbiyyat
- Musiqi
- Folklor
- Mədəniyyət
- İncəsənət tarixi
- Arxeologiya
- Coğrafiya
- Turizm
- Siyasət
- Təhsil

Konfransda iştirak şərtləri:
- Konfrans üçün tezislər və sərgi üçün müraciətlər 15.03.2015 tarixinə, məqalələr isə 24.04.2015 tarixinə qədər göndərilməlidir. Məqalələr türk, azərbaycan, ingilis və rus dillərində təqdim edilə bilər. 250 sözə qədər ingilis dilində xülasə də olmalıdır.
- Poster məruzə ilə qatılanların posterlərinin ölçüsü 45x65 sm ölçüsündə olacaqdır. - Konfrans zamanı qarışıq “Türk-Rus İncəsənəti Sərgisi” də açılacaqdır.
- Konfransa Azərbaycandan qatılanlar iştirak xərci 100 euro, axşam yeməkləri, mehmanxana və transferlər daxil olmaqla 500 euro ödəyəcəklər.

E-mail: congress.rostov@gmail.com
Əlaqə: MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin ofisi
Əhməd Cavad küçəsi 15, Şəhər Ticarət Mərkəzi, II mərtəbə
Telefon: 0124089225
Web: www.miras.az

 

Müraciət forması

Oxunub : 11777