AZE ENG
Facebook
Twitter Google Myspace
IV BEYNƏLXALQ TÜRK İNCƏSƏNƏT, TARİX VƏ FOLKLOR KONFRANSI İNCƏSƏNƏT SƏRGİSİ
10-3-2015

IV BEYNƏLXALQ TÜRK İNCƏSƏNƏT, TARİX VƏ FOLKLOR KONFRANSI
İNCƏSƏNƏT SƏRGİSİ
14-15-16 May 2015 - Konya

Türklər, böyük Turan yurdu Orta Asiyada, Qafqazda və Anadoluda qurduqları mədəniyyətlər sayəsində böyük və zəngin mədəni sərvətlərə sahibdirlər. Bu sərvətləri getdikləri hər yerə daşımış, Anadolu coğrafiyasının hər bölgəsində bu izlərə rast gəlmək mümkündür.
Ənənəvi Türk incəsənəti mədəni sərvətlərin canlı və mənalı sənədləridir. Hər ölkə özünə aid və məxsus ənənəvi mədəni resursları ilə birlikdə dünya ilə bütövləşməkdədir. Millətin ənənəsini, adətini, inancını, əfsanələrini, musiqilərini, ədəbiyyatını araşdıran, həyat tərzini və təsəvvürlərini anlatmağa çalışan folkloru, incəsənəti və mədəniyyəti dördüncüsü keçiriləcək bu konfransda bəhs olunacaq.
Selçuk Universiteti Türk Əl Sənətlərı Araşdırma və Tətbiqetmə Mərkəzi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Beynəlxalq YOCOCU Assosasiyası (İtaliya) və Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən keçiriləcək “IV Beynəlxalq Türk İncəsənət, Tarix və Folklor Konfransı/İncəsənət Sərgisi” bütün alim və tədqiqatçılara açıqdır.

KONFRANSIN MÖVZULARI
- Türk incəsənəti (ənənəvi və plastik incəsənət)
- Orta Asiya Türk tarixi
- İnqilab tarixi
- Türk ədəbiyyatı
- Türk musiqisi
- Türk fokloru
- Türk mədəniyyəti
- Türk incəsənət tarixi
- Türk Arxeologiyası
- Bərpa və konservasiya
- Coğrafiya
- Turizm
- Siyasətşünaslıq
- Təhsil
mövzulaında bütün məruzələrə açıqdır.

KONFRANSIN İŞTİRAK ŞƏRTLƏRİ
- Konfrans üçün tezislər 15.04.2015 tarixinə, məruzə mətnləri isə 14.05.2015 tarixinə qədər göndəriləcək. Məruzələr türk, azərbaycan və ingilis dilində təqdim edilə bilər. İngilis dilində 250 sözdən ibarət xülasə də əlavə ediləcək.
- Konfrans/sərgi qeydiyyat xərci Türkiyədən qatılanlara 200 TL, Türkiyə xaricindən qatılanlara 70 eurodur (qeydiyyat xərcinə 3 axşam gecələmə, yeməklər, konfransın kitabı daxildir). Yol xərci iştirakçıya aiddir. Şəxsən qatılmayanlar üçün poster/sərgi xərci 100 TL-dir.
- Posterin ölçüləri 50x75 sm olacaq.
- Konfrans günlərində qarışıq “Türk İncəsənəti Sərgisi” açılacaq.

KONFRANSIN TƏQVİMİ
Son müraciət : 15.04. 2015
Qəbul edilən məruzələrin elan edilməsi : 20.04.2015
Konfrans günləri : 14-16.05.2015
E-mail: congress.konya@gmail.com
www.selcuk.edu.tr
www.miras.az
Selçuk Üniversitesi Türk El Sanatları Araştırma ve Uygulama Merkezi Başkanlığı, Kampüs-KONYA

 

 Müraciət Forması - YÜKLƏ 

Oxunub : 3664