AZE ENG
Facebook
Twitter Google Myspace
Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu
13-11-2015

Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu

Turizm tətbiq olunmaqla mədəni irsin mühafizəsi gənclər fəaliyyətləri

 

1-2 fevral 2016

Bakı, Azərbaycan

Forum “Qorumağı və Mühafizə etməyi Təbliğ et!” şüarı ilə keçiriləcək.

I Forumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, İspaniya və Misirdən 35 yaşa qədər gənclər mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri, eləcə də mədəni irs=turizm:turizm=mədəni irs ekvivalenti üçün yeni ideya və strategiyaları müzakirə ediblər.

Forumun əsas mövzusu turizmdən yararlanmaqla, mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğində yeni ideyalar irəli sürməkdir.

Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.

Bunun üçün:

- müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, həmin ölkələr arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinə dəstək olmaq;

- gənclərin araşdırma, qoruma və təbliğatdakı rolunu üzə çıxarmaq;

- müxtəlif ölkələrin mədəniyyət və turizmini, adət və ənənələrinin öyrənilməsinə çalışmaq;

- dünyanın müxtəlif ölkələrindən olan gənclərə ölkəmizin adət-ənənələrini, zəngin tarixini, mədəniyyət və turizmini təbliğ etmək;

- dünyaya sülh və birlik mesajı vermək;

- gənclərin ideya və təşəbbüslərini dinləyib, təşəbbüslər əsasında Bəyannamə qəbul etmək nəzərdə tutulur.

Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər Forumda məruzəçi kimi çıxış etmək üçün dəvət olunurlar. Forumda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də iştirak edə bilərlər. Forumda iştirak etmək üçün mədəni irs və turizm sahəsində yeni ideyalar, metodlar və konsepsiya, anlaşma ortaya qoyan, eləcə də uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər qəbul olunur. İşlərin xülasəsini göndərən zaman aşağıdakıları nəzərə alın:

1. Xülasələr Azərbaycan, yaxud ingilis dilində yazılmalıdır.

2. Xülasələr yığcam (maksimum 300 işarə) olmaqla, əsas məqsəd və nəticələri əhatə etməlidir. Forum üçün işlər seçilərkən əsas meyar kimi işin keyfiyyəti, orijinallığı, hərtərəfliliyi nəzərə alınacaq. Xülasə aşağıdakılardan ibarət olmalıdır: (a) xülasənin məzmununu göstərən başlıq; (b) məqsədləri göstərən giriş cümlə; (c) müvafiq təcrübə proseslərinin qısa təsviri; (d) yeni və dərc olunmamış məlumat xülasəsi; və (d) nəticə. Xülasədəki hər bir fikrə görə, eləcə də yazı, qrammatika və ya elmi faktlarda yol verilmiş səhvlərə görə müəlliflər məsuliyyət daşıyırlar. Xülasə göndərmək üçün miras.az saytındakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır.

Forumda məruzəçi və iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Qeydiyyat xərci: 40 AZN (oteldə yemək olduğu halda)

Müraciətlər üçün son tarix: 15 yanvar 2016-ci il

Qəbul olunan xülasələrin siyahısı 25 yanvara kimi açıqlanacaq.

E-mail: forumyouth2016@gmail.com

İnternet səhifəsi: www.miras.az

Oxunub : 3913