AZE ENG
Facebook
Twitter Google Myspace
"Qafqaz İslam Ordusu - Baki Yollarında" turu
1-9-2015

16 -17 Sentyabr (1 gecə - 2 günlik)
Hörmətli turistlər, 16-17 sentyabr tarixlərinə planlaşdırılmış "QAFQAZ İSLAM ORDUSU - BAKI YOLLARINDA" mədəni irs turu ordunun qərargahlarının olduğu yerləri əhatə edəcək:
Mədəni İrs Turu Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 97 illiyinə həsr olunacaqdır. Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələr Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilmişdir.
İkigünlük tura qatılanlar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər xiyabanı) marşrutu ilə hərəkət edəcəklər. İştirakçılar XX əsrin əvvəllərində xalqımızın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.
Turun proqramı
1-ci gün
06:30- Bakı-Gəncə yolu istiqamətində hərəkət
Yolüstü səhər yeməyi
Gəncədə qarşılanma
Nahar yeməyi
Gəncə şəhəri o zamankı Avropa otelinin yerləşdiyi yer;
Gəncə şəhəri körpü tərəf;
Gəncə şəhəri Bağlar məhəlləsi;
Göyçay qəsəbəsi Sadıq ağa və qardaşı Həzrət bəyin evi;
Ağsudakı Bilal əfəndi məscidi;
Ağsu Arxeoloji Turizm kompleksində qarşılanma və kompleksdə yerləşmə
Axşam yeməyi
Asudə vaxt
2-ci gün
08:30 - Səhər yeməyi
09:00 - Bakı istiqmətində hərəkət
Yolüstü Şamaxıda Şərədil kəndi
Mərəzədə nahar yeməyi
Bakıda Hökməli kəndi;
Qobu kəndi;
Güzdək kəndi;
Şəhidlər xiyabanı.

Qiyməti : 87 AZN

Qiymətə daxildir:
Gecələmə (Ağsu Arxeoloji turizm kompleksi)
Nəqliyyat xidməti (komfortlu avtobus)
Qidalanma:
Səhər yeməyi (2 dəfə)
Nahar yeməyi (2dəfə)
Şam yeməyi (1 dəfə)

Qeydiyyatdan Keçmək və ya Ətraflı İnformasiya Əldə Etmək Üçün Bizimlə Əlaqə Saxlıyın
Ünvan: Ağsu şəhəri, Molla Pənah Vaqif küçəsi 19
Tel: 012 585 08 16
✆ Mob: 055 – 374-69-07
Whatsapp: 055-374-69-07
email:sariliturizm@gmail.com 

Oxunub : 786