AZE ENG
Facebook
Twitter Google Myspace
IV Beynəlxalq “Ohrid-Vodici, 2016” “Terrorizm, Miqrasiyalar, Köçkünlər-Mədəni Varlıqlar, İrs, İqtisadiyyat,Turizm və Media ilə Bağlı Müasir Çağırışlar ” Konfransı
14-11-2015

IV Beynəlxalq
“Ohrid-Vodici, 2016”
“Terrorizm, Miqrasiyalar, Köçkünlər-Mədəni Varlıqlar, İrs, İqtisadiyyat,Turizm və Media ilə Bağlı Müasir Çağırışlar ”
Konfransı

KONFRANSIN TƏŞKİLATÇILARI

Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
İnteqrasiya və Mədəniyyətlərarası Kommunikasiya Mərkəzi (Mulheim an der Ruhr, Almaniya)


Terrorizm müasir cəmiyyətin ən böyük problemi hesab olunur. Həta demək olar ki, terrorizm qlobal cəmiyyət kimi müasir dünyanın inkişafı yolunda bir maneədir.
Terrorizm, miqrasiya və köçkünlər həyatımızın bütün mərhələlərində müasir təhlükə riski deməkdir. Elm adamları və ekspertlərin mədəni identiklik, mədəni irs, iqtisadi inkişaf, turizm, media ilə bağlı apardığı araşdırma, təhlil və mübadilə çox mühüm bir işdir. Nəzərə alsaq ki, çoxlu sayda mədəni irs abidələri və şəhərlər dağıdılıb, bəzi mədəni, dini, etnik identiklik qanun pozuntuları və terror aktlarının qarşısını almaq üçün baza təşkil edir, medianın rolu isə ksenofobiyada və ya dözümlülüyü saxlamaq üçün çox vacibdir və bu mənada alim və ekspertlərin bilik mübadiləsi və müzakirələr aparmaq məqsədilə görüşü böyük şeylər vəd edir. Belə bir şəraitdə və şərtlər altında iqtisadi inkişaf və turizmi müzakirə etmək qeyri-mümkündür. Lakin onlarla bağlı müasir çağırışlara təsiri təhlil etmək əhəmiyyətli hesab olunur.

 

 


KONFRANS MÖVZULARI

Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, iqtisadiyyat, turizm, media , mədəni identiklik, terrorizm, miqrasiya və qaçqınlar və s. mövzularını əhatə etməlidir.

KONFRANSIN ELMİ KOMİTƏSİ

Dr. Rubin Zemon- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Dr. Samoil Malcheski- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
Dr. Fariz Xəlilli -MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
Dr. Misho Netkovski- “ESRA” Audiovizual İncəsənət Universiteti (Skopye, Makedoniya)
Yevgeniy Kozoxin, (Moskva Beynəlxalq Əlaqələr İnstitutu), Moskva, Rusiya
Dr. Marcel Courtiade -INALCO- Paris ( Paris, Fransa)
Dr. Margarita Karamihova- Ss. Cyril and Methodius Universiteti (Veliko Trnovo, Bolqarıstan)
Dr. Jasminka Simic –Serbiya Radio-Televiziya Şurası (Belqrad, Serbiya)
Dr. Armanda Kodra Hysa- Mədəni Antropologiya və İncəsənət Tədqiqatları İnstitutu ( Tirana, Albaniya)
Nadia Cherepan –Avropa Humanitar Elmlər Universiteti (Vilnüs, Litva)
Dr. Meli Shopi -Elbasan Universiteti (Elbasan, Albaniya)
Dr. Dejan Metodijeski- Ştip Goce Delchev Universiteti ( Skopye, Makedoniya)
Tezis üçün son müraciət: 14 dekabr 2015
Tezislərin qəbulu haqda bildiriş: 21 dekabr 2015
Qeydiyyat: 9 yanvar 2016
Konfrans: 17-19 yanvar 2016-cı il

MƏQALƏLƏRİN TƏQDİM OLUNMASI VƏ POSTERLƏR

Konfransda məruzə və posterlə iştirak etmək mümkündür. Məqalə tezisləri 14 dekabr 2015-ci il tarixinədək iscanth@gmail.com emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 21 dekabrda göndəriləcəkdir.

Məqalədə 300 sözdən ibarət olan ingilis dilində tezis olmalıdır.
Poster 500 sözlük tezisdən ibarət olmalıdır.
Məqalə müəllifinin adı və elmi dərəcəsi göstərilməlidir.
Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan)
E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
Posterlə iştirak edəcək şəxslər ingilis dilində 1 səhifəlik yazısını 50X75 ölçüsündə poster şəklində hazırlatmalıdır. Poster üçün ödəniş 30 Avrodur.
KONFRANSIN DİLİ
Konfrans iki dildə, Makedon və ingilis dillərində keçiriləcək.

SERTİFİKAT
Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.


KONFRANS KİTABÇASI
Konfransa təqdim olunmuş tezislər kitabça şəklində nəşr olunacaq.

KEÇİRİLƏCƏK YER

Konfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək ( dəqiq yer haqqında məlumat ən qısa zamanda veriləcək).

KONFRANS TARİXLƏRİ
Konfrans 17-19 yanvar 2016-cı ildə tarixlərində keçiriləcək.
17 yanvar tarixində “Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında interdisiplinar əlaqələrə baxış” Konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.

QEYDİYYAT

İki formada qeydiyyat xərcləri nəzərdə tutulub:

1) 130 Avro standart qeydiyyat haqqı
Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı

2) 60 avro güzəştli qeydiyyat haqqı

Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı

YERLƏŞMƏ

İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.

UÇUŞ

İştirakçılar öz uçuş biletlərini ödəyəcəkdir.


KONFRANSIN İNTERNET SƏHİFƏSİ:
http://iscanth.wix.com/conference

Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.

 


ƏLAQƏ
Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu
Skopye, Makedoniya
e-mail: iscanth@gmail.com

Dr. Rubin Zemon – Proqram rəhbəri
zemon.rubin@gmail.com
Dr. Samoil Malcheski– Təşkilat Komitəsinin sədri
samoil.malcheski@gmail.com
 

Oxunub : 5149