AZE ENG
Facebook
Twitter Google Myspace
Ağsutexçilər müəyyən olundu
24-10-2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin Ağsutexçiləri müəyyən olunmuşdur.

Layihənin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1№-li təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət - kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsullardan istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.

24 oktyabr 2017-ci ildə Aslan Nadirov adına Ağsu şəhər 1№-li məktəb-liseyin VII-IX siniflərinin 180 şagirdinin iştirakı ilə toplantı keçirilmişdir. Layihənin rəhbəri, məktəb-liseyin direktoru Sənan Nemətov layihənin məqsədi və imkanları haqqında məktəblilərə məlumat vermişdir. Layihə çərçivəsindəhəm AzGranata qida sənayesi müəssisəsinin laboratoriyası, həm də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində keçiriləcək praktiki kursların keçiriləcəyi bildirilmişdir. 

Həmin kurslarda iştirak edəcək məktəblilərin seçilməsi üçün iki mərhələdə seçim turu olmuşdur. Əvvəlcə məktəblilərə şifahi sorğu ilə müraciət olunmuş, 180 şagirddən texniki-təbiət fənnlərinə marağı olan 52 Ağsutexçi məktəbli müəyyən edilmişdir. 52 Ağsutexçi məktəblinin arasında yazılı sorğu keçirilmiş, sorğu vərəqindəki suallar əsasında şagirdlərin fikirləri öyrənilmişdir.

Noyabr ayında AzGranata qida sənayesi müəssisəsinin laboratoriyası və Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində hər birində 26 nəfər olmaqla 52 Ağsutexçi məktəblinin iştirakı ilə praktiki kurslar keçiriləcəkdir.

Oxunub : 492