AZE ENG
Facebook
Twitter Google Myspace
"Tarixdə və bu gün Ramazan" seminarı
23-4-2020
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Sizi 25 aprel saat 15:00-da "Tarixdə və bu gün Ramazan" mövzusunda elmi seminara qoşulmağa dəvət edir. Elmi seminarın moderatoru Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Miras İctimai Birliyi Elm və Təhsil şöbəsinin müdiri Prof.Dr. Şikar Qasımovdur. Elmi seminar Ramazan ayının, oruc ibadətinin, zəkat ənənəsinin tarixdən bu günümüzə keçilən yolunu əhatə edəcək. Əlyazma, ədəbi və incəsənət əsərlərində Ramazanın yerinə, cəmiyyətdə həmrəylik və toleranslıq baxımından roluna nəzər salınacaq. Koronavirus və postkoronavirus dövründə dini ibadətlərin davamlılığı haqqında müzakirələr aparılacaq. Məruzəçilər Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri, Dos.Dr. Əhməd Niyazov və Trabzon Universitetinin müəllimi, Dr. Kamran Abdullayev olacaq.   
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 881-7559-5388
Oxunub : 277