AZE ENG
Facebook
Twitter Google Myspace
MİRASın Kipr təmsilçisinin kitabı təqdim edilib
30-5-2015

Mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində Şimali Kiprin Doğu Akdeniz Universitetinin ictimai əlaqələr və reklamçılıq kafedrasının sonuncu kurs tələbəsi, azərbaycanlı Cəfər Mənsiminin tərtib etdiyi “Uğur kitabı”nın təqdimat mərasimi keçirilib.
Mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində Şimali Kiprin Doğu Akdeniz Universitetinin ictimai əlaqələr və reklamçılıq kafedrasının sonuncu kurs tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Kipr təmsilçisi, azərbaycanlı Cəfər Mənsiminin tərtib etdiyi “Uğur kitabı”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Uğur kitabı”nın ideya müəllifi və tərtibatçısı Cəfər Mənsimi təqdim olunan kitabın uğura çatmağın sirlərindən bəhs etdiyini söyləyib.
Bildirilib ki, “Uğur kitabı”nın 111 müəllifi var. Kitab Azərbaycandan və Şimali Kiprdən olan müxtəlif vəzifə, peşə və sənət adamlarının mövzu ilə bağlı fikirlərindən ibarətdir. Müəlliflər uğura çatmağın sirlərini paylaşırlar. Bu yolda hər kəsin özünəməxsus təcrübəsinin olduğu diqqətə çatdırılır.
Kitabın nəşrinin məqsədi uğurla bağlı fərqli baxışları oxuculara təqdim etmək, yeni məqsəd və ideyalar formalaşdırmaqdır.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, nəşrin redaktoru Arzu Soltan kitabın əhəmiyyətindən danışıblar. Natiqlər zəngin tarixə və mədəniyyətə malik, dünya tarixinə görkəmli alimlər, sənət adamları bəxş etmiş Azərbaycan xalqının bacarıqlı nümayəndələrindən uğurun sirrinin öyrənilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, “Uğur kitabı”na “Ön sözü” Şimali Kiprin üçüncü prezidenti Derviş Eroğlu yazıb.
Sonda A.Soltanın ssenarisi əsasında Bakı Uşaq Teatrının hazırladığı “Qucaqla məni” tamaşası göstərilib.  

 

Oxunub : 897