AZE ENG
Facebook
Twitter Google Myspace
Kim, Harada, Necə - intellektual yarışması keçirilib
5-7-2015

İyulun 5-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilati dəstəyi və gənc mirasçı Fidan Məmmədovanın təşəbbüsü ilə “Kim, Harada, Necə” intellektual yarışması keçirilib. Münsiflər heyətinə MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev, Qafqaz Universiteti Qafqaz Araşdırmalar İnstitutunun əməkdaşı, professor Minəxanım Nuriyeva-Təkləli, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvanə Əzizova və MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli daxil idi. İntellektual yarışmaya hər biri 4 nəfərdən ibarət 6 komanda qatılmışdı. Maraqlı bilik yarışması müxtəlif sahələri: coğrafiya, tarix, ədəbiyyat, kinomotaqrafiya və s. əhatə edən suallardan ibarət idi. Tornado, Qaliblər, Mübarizlər, Da Vinçi, Uğur, Hearles komandaları ilə keçirilən yarışmada qalib komanda şəhid Mübariz İbrahimovun adını daşıyan “MÜBARİZLƏR” komandası olmuşdur. Qalib komandaya rəmzi kubok təqdim olunub və sertifikatlar verilib. Yarışmanın gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.  

Oxunub : 924