|
|
|
MİRASın "Dünəndən Bugünə" yaradıcılıq sərgisi |
|
Mayın 20-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ADMİU Sənətşünaslıq ixtisası 2-ci kurs tələbəsi, Miras üzvü Şəbnur Pənahlının təşkilatçılığı ilə "Dünəndən Bugünə" yaradıcılıq sərgisi keçirilib. |
|
|
|
|
|
|
|
|
MİRASın Şamaxıda seminarı |
|
Seminarda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Ağsu arxeoloji ekspedisiyasının üzvü, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Muzeylər və arxeologiya" mövzusunda məruzə edib.
|
|
|
|
|
|
|
|
|
MİRASın Konyada Konfransı |
|
12-14 may tarixlərində Türkiyənin Konya şəhərində Beynəlxalq YOCOCU Asossiasiyası, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Selçuk Universiteti Türk Əl Sənətlərı Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya şəhər bələdiyyəsi, Nişantaşı Üniversiteti və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə VI Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konfransı keçirilib. |
|
|
|
|
|
|
|
|
Tarixin İzindən mədəni irs turu |
|
Mərəzədə Diri Baba türbəsi, Şamaxıda Cümə məscidi və Tarix-Diyarşünaslıq Muzeyi, Ağsuda Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Şıxməzid xanəgahı ziyarət olunub. Bütün tura bələdçiliyi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli edib. |
|
|
|
|
|
|
|
|
Eskişehir Azərbaycanlılar Dərnəyi və MİRAS əməkdaşlığı |
|
Aprelin 26-da Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Bakı şəhərində görüşüblər. |
|
|
|
|
|
|
|
|
MİRASın Moldovada konfransı |
|
13-16 aprel tarixlərində Moldovanın Komrat şəhərində Moldova Komrat Dövlət Universiteti, Beynəlxalq YOCOCU Asossiasiyası, Almaniya Türklərinin Dünyası İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyə Selçuk Universitetinin təşkilatçılığı ilə Komrat Dövlət Universitetində V Beynəlxalq Türk İncəsənət, Tarix və Folklor Konfransı keçirilib. |
|
|
|
|
|
|
|
|
MİRASın Bəyanatı |
|
Əziz dostlar!
Bu gün dünyada Azərbaycan və Ermənistan arasında yaranmış gərginlikdən bəhs edən yerli və xarici media orqanları vardır. Əvvəla, Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan ordusu tərəfindən işğal olunduğu BMT, ATƏT və çoxsaylı beynəlxalq qurumlar tərəfindən təsbit olunub.
|
|
|
|
|
|
|
|
|
“AĞSUDA ZƏNGİN ALBAN MƏDƏNİ İRSİ – NƏRGİZAVA” KİTABININ TƏQDİMATI VƏ İMZA MƏRASİMİ KEÇİRİLİB |
|
Martın 27-də kitabevim.az kitab marketində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Ağsuda zəngin alban mədəni irsi – Nərgizava” kitabının təqdimatı və imza mərasimi olub. Kitab AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının qərarı ilə “Elm və Təhsil” nəşriyyatında çap olunub. Kitabın elmi redaktoru professor Kübra Əliyeva, rəyçiləri professor Qafar Cəbiyev və professor Şikar Qasımovdur.
|
|
|
|
|
|
|
|
|
MİRAS Orta əsr Ağsu şəhərində Qala Görüşlərinə Başladı |
|
Martın 23-də Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində yazıçı Şəmil Sadiqlə Ağsu rayonu ziyalılarının görüşü keçirilib. Yazıçı əvvəlcə Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya və bərpa işləri ilə tanış olub.MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli yazıçının tərcümeyi-halı haqqında məlumat verib. |
|
|
|
|
|
|
|
|
II BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI BAŞA ÇATIB |
|
14-16 mart tarixlərində Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı şirkətinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib.Festivala Azərbaycan, Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, Qazaxıstan, Norveç, Yəmən, İndoneziya və Myanmadan olan 300-dən çox iştirakçı qatılıb. |
|
|
|
|
|
|
|
|
Mədəni İrs Tolerantlıq Turu Baş Tutdu |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 5 mart tarixində təşkil etdiyi 3-cü mədəni irs ekskursiyasının mövzusu “Multikulturalizm ili” ilə səsləşirdi. MİRAS üzvləri bu dəfə Gülşən Hüseynovanın bələdçiliyi, Aidə Məlikovanın moderatorluğu ilə “Tolerantlıq” turuna çıxdı. Əsas məqsəd Bakıda yerləşən məscidləri, kilsələri, sinaqoqları ziyarət edib istənilən vətəndaşın rahat ibadət şəraitinin yaradılması ilə tanış olmaq, onları memarlıq, tarixi baxımdan araşdırmaqdır. |
|
|
|
|
|
|
|
|
XOCALI mədəni, XOCALILILAR mənəvi mirasımızdır |
|
28 fevral tarixində MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və üzvləri Glüşən Hüseynova, Əli Allahverdiyev və Şahin Sarıyev Pirşağıda Xocalıdan qaçqın düşmüş, eləcə də Şuşa və Laçın sakinlərinin məskunlaşdığı Qızılqum qəsəbəsinə baş çəkmişlər. |
|
|
|
|
|
|
<< 11 12 13 14 15 16 17 18 19 20 >> |
|