Forumun məqsədi gəncləri bir araya gətirərək, ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. Forumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, Misir, İspaniyanın təmsil olunan gənc alim və mütəxəssisləri mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri müzakirə edirlər. |