AZE ENG
V. Uluslararası Hamza Nigari Sempozyumu
“V. Uluslararası Hamza Nigari Sempozyumu” 17-19 mayıs 2022 yılında Ağdam ilinin Guzanlı kasabasında yapılacaktır. Sempozyumun amacı Hamza Nigari’nin düşünce dünyası ve hayatı ile yanı sıra, geçmişten günümüze perspektif üzerinden Türk ve İslam dünyası araştırmalarını değerlendirmektir. 
19-3-2022
Ardını oxu
"Sevil İncəsənət Sərgisi" keçiriləcək
2022-ci il 17-20 aprel tarixlərində "Nur Art" House qalereyasında (İçərişəhər qəsr küç. 27) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, "MİRAS"  Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvü, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix -Mədəniyyət Qoruğunun əməkdaşı, sənətşünas Səma Alməmmədlinin təşkilatçılığı ilə sevgi, mərhəmət, şəfqət, qoruyucu mələk mövzulu  "Sevil İncəsənət Sərgisi" keçiriləcək.
15-3-2022
Ardını oxu
"Miras" İctimai Birliyi İKOMOS-un "İrs və iqlim" çağırışlarına qoşulur
1982-ci ildə İKOMOS 18 aprel gününü "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi təsis edib və ardınca YUNESKO-nun 22-ci Baş Konfransında qəbul edilib. Hər il bu münasibətlə İKOMOS öz üzvləri, İKOMOS-un Milli və Beynəlxalq Elmi Komitələri, İşçi Qrupları, tərəfdaşları və Günün qeyd olunmasına qoşulmaq istəyən hər kəs tərəfindən təşkil olunacaq fəaliyyətlər üçün mövzu təklif edir. İKOMOS keçən ilin “Mürəkkəb keçmişlər: Müxtəlif gələcəklər” mövzusuna əsaslanaraq 2022-ci il üçün açıq, konstruktiv və nəsillərarası dialoqlar vasitəsilə "İrs və İqlim" mövzusunu araşdırmağa çağırır.
15-3-2022
Ardını oxu
AMEA: potensialı və problemləri
Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də aparılan elmi tədqiqatlar respublikanın yüksəlməkdə olan inkişaf tempindən geri qalır.
12-3-2022
Ardını oxu
"Miras"ın yeni İdarə Heyəti seçilib
Martın 9-da Ağsu rayonu Gəgəli kəndində yerləşən və Azərbaycanda mədəni irs sahəsində azsaylı ixtisaslaşmış ictimai təşkilatlardan biri olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Nizamnaməyə görə iki ildən bir birliyin yeni İdarə Heyəti formalaşır, sədr və sədr müavini seçilir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin hazırda rəsmi olaraq 222 üzvü var. Həmin üzvlərin əksəriyyəti onlayn şəkildə təşkil olunan seçkilərdə iştirak edərək doqquz nəfərdən ibarət yeni İdarə Heyətini, o cümlədən sədri və sədr müavinini seçiblər. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, sədr müavini isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli seçilib.
10-3-2022
Ardını oxu
Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumu: Elmi və Təşkilat Komitəsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi 1 fevral - 31 iyul 2022-ci il tarixlərində Ağsu və Ağdam rayonları ərazisində həyata keçiriləcək. Tərəfdaş elm və təhsil müəssisələri olan Türkiyə Cümhuriyyəti Amasiya Univeristeti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Simpoziumun Elmi və Təşkilat Komitəsi tərtib edilib.
2-3-2022
Ardını oxu
Ümumdünya Abidələr Fondu təhlükə altında olan tarixi yerlərin 2022-ci il üzrə siyahısını elan edib
 Martın 1-də onlayn keçirilən iclasda cari 2022-ci il "Dünya Abidələrini Müşahidə" proqramı üçün fövqəladə əhəmiyyət kəsb edən, aktual problemlərlə üzləşən və "Ümumdünya Abidələr Fondu"nun yerli icmalarla tərəfdaşlığının mənalı fərq yaratmaq potensialına malik olan 25 tarixi yer seçilmişdir. Həmin tarixi yerlərin adlarını və üzləşdikləri problemləri aşağıda qeyd edirik:
2-3-2022
Ardını oxu
AMEA Albanşünaslıq Elmi Mərkəzinin bəyanatı
 AMEA-nın  Albanşünaslıq Elmi Mərkəzinin ermənilər tərəfindən Albaniyaya məxsus mədəni irs nümunələrinin davamlı olaraq məhv edilməsi, mənsubiyyətinin saxtakarlaşdırılaraq dəyişdirilməsi istiqamətindəki antibəşəri fəaliyyətinə dair bəyanatı
22-2-2022
Ardını oxu
Şuşa şəhərinin 270 illiyində mən nə edə bilərəm?!
Mən Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ilin "Şuşa ili" elan olunmasını alqışlayıram, təqdir edirəm. Bu il tarixçilərin üzərinə böyük məsuliyyət düşür. Şuşa şəhərinin tarix və mədəniyyətinin dünya ictimaiyyətinə akademik səviyyədə tanıtmaq imkanı yaranıb.
22-2-2022
Ardını oxu
“Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirilməsi” layihəsi 1 fevral - 31 iyul 2022-ci il tarixlərində Ağsu və Ağdam rayonları ərazisində həyata keçiriləcək. 
 
14-2-2022
Ardını oxu
Heads of Azerbaijani NGOs appeal to UNESCO Director-General
 We, the representatives of NGOs, have repeatedly appealed to UNESCO to inform you about the cultural genocide committed by Armenia against the heritage of the Azerbaijani people. As a result of a deliberate policy pursued by Armenia, the centuries-old cultural heritage of our people in the territory of Armenia is facing the threat of complete extermination.
9-2-2022
Ardını oxu
"Ohrid - Vodiçi 2022" X Beynəlxalq Elmi Konfrans
Ekoloji tədqiqatlar, mədəni irs, siyasi elmlər, iqtisadiyyat, turizm, media, memarlıq, muzeyşünaslıq, arxivçilik, audio-vizual sənətlər, informasiya elmləri/texnologiyaları, arxeologiya, antropologiya/etnologiya, incəsənət tarixi, coğrafiya, sosiologiya, psixologiya və bütün əlaqədar sahələr üzrə alimlər, fəlsəfə doktorları, magistr tələbələri, tədqiqatçılar və praktikantlar bu konfransda sahəsinə aid hər hansı bir mövzuda məqalə ilə çıxış etməyə dəvət olunur. 
16-11-2021
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>