AZE ENG
Facebook
Twitter Google Myspace
ARXEOLOJI SAHƏLƏRIN KONSERVASIYASI, BƏRPASI VƏ İDARƏ OLUNMASI ÜZRƏ TƏLƏBƏ VƏ GƏNC MÜTƏXƏSSİSLƏR ÜÇÜN II YOCOCU AĞSU MƏKTƏBİ 5-9 oktyabr 2015
25-4-2015

Kurs əməkdaşlıq və çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulmuşdur. Kursda əsas diqqət keramika və daş materiallarının konservasiyasında tətbiq olunan xidmət və mühafizə daxil olmaqla, innovativ və ekoloji təmizlik metodlarına yetiriləcək. Kursun başlıca məqsədi iştirakçıları ilk andan istifadə oluna biləcək müvafiq nəzəri və empirik biliklərlə təmin etmək olacaq. Seminar uzun müddətli idarəetmə strategiyaları ilə müvafiq bərpa metodlarına dair bilikləri yaymağa kömək edəcək. İştirakçılar mühazirələr, müzakirələr, laboratoriya sessiyaları, sərgi və çöl işləri vasitəsilə konservasiya elminin fundamental nəzəriyyələrini müzakirə edəcək və texnologiya və araşdırmalarda nailiyyətləri araşdıracaqlar. Tələbə qrupları arxeoloji sahənin özündə sahə işlərinə cəlb olunacaqlar. İş yerində sahə təlimləri iştirakçılar üçün çoxşaxəli üsullar və əməkdaşlıq əsasında iş proqramından faydalanmaq imkanı yaradacaq. Kurs boyunca iştirakçılar ən effektiv konservasiya üsulundan yararlanmaq üçün müxtəlif ixtisaslarda kollektiv təcrübələrini bir araya gətirəcəklər. Kursun məzmun və strukturu iştirakçıları daha da ruhlandıran mövzulara yönələcək və Ağsu sahəsinin qorunması və genişləndirilməsinə interdisiplinar yanaşmanın stimullaşdırılmasına meyllənəcək.
Kursda hər kəs iştirak edə bilər. Lakin Azərbaycandan olan tələbələr və gənc mütəxəssislərin iştirakı daha çox arzuolunandır. Arxeoloji sahə və konservasiya işlərinin təşviqi məqsədilə, təmənnasız olaraq gənc alimlərin tematik görüşlərində iştirak etmək mümkün olacaq.
Düşərgənin müəllimləri Avropa Birliyi ölkələrindən olan bərpaçılar, konservasiya və bərpa sahəsində fəaliyyət göstərən mütəxəssislər və tədqiqatçılar olacaqdır. Üstünlük YOCOCU şəbəkəsinin üzvü olan şəxslərə veriləcək.

Müəllimlər: Avropa ölkələrindən akademiklər və peşəkar mütəxəssislər Kursun yeri: Ağsu Arxeoloji bazası
Kursun dili: ingilis
Qalma: MİRAS-ın bazası
Qeydiyyat xərci: 80 manat
İştirakçı sayı: 30
Təşkilatçılar: YOCOCU, MİRAS, Ağsu Ekspedisiyası
E-mail: miraspresscenter@gmail.com | info@yococu.com

5 oktyabr
9-11 – Ağsu arxeoloji sahəsinin təqdimatı: tapıntıların təsviri məqsədilə tarix və inkişafının müəyyənləşdirilməsi və korlanma (Fariz Xəlilli, Qafar Cəbiyev)
11-12 – Tələbələr ilə tanışlıq, kursun dinamikası. Qrupların müəyyənləşdirilməsi (Şölə Bayramova, Andrea Macchia).
12-13 - Nahar
13-18 – Praktiki iş: Tapıntıların müzakirəsi, məlumat toplanması, məlumatların saxlanması və sənədləşdirmə (Məmməd Rəhimov, Laura Rivaroli, Marta Caroselli, Silvio Ruffolo, Andrea Macchia)
18-18.30 - Aparılmış işlərin müzakirəsi
6 oktyabr
9-13 – Keramika materialları. Çürümənin mexanizmi: tədqiqatlar (Ugur Genç). Bərpa prinsipləri və ilkin yardım: araşdırmalar (Laura Rivaroli)
14-18 – Praktik iş: Bərpa laboratoriyası (Laura Rivaroli)
18-18.30 - Aparılmış işlərin müzakirəsi
7 oktyabr
9-18 – Praktiki iş: Bərpa laboratoriyası (Laura Rivaroli və Ugur Genç)
18.30-19 – Aparılmış işlərin müzakirəsi
8 oktyabr
9-11 – Daş materialları. Çürümənin mexanizmi: tədqiqatlar (Andrea Macchia, Silvestro Antonio Ruffolo). Kimyəvi eksperimentlərin aparılması. Bərpa prinsipləri və ilkin yardım: araşdırmalar (Marta Caroselli)
14-16 - İn situ dərslər: Çiy kərpic konservasiyasının yeni metodları.
16-18 – Praktik iş: Bərpa laboratoriyası (Marta Caroselli, Andrea Macchia və Silvestro Antonio Ruffolo)
18-18.30 - Aparılmış işlərin müzakirəsi
9 oktyabr
9-13 – Arxeoloji sahələrin idarə olunması və mədəni irs. Konservasiya fəaliyyətlərinin planlaşdırılması və seçilməsi: idarəetmə və konservasiya strategiyaları arasında interfeys (Alvaro Higueras)
14-17 – Qruplarla müzakirələr
17-18 – Sertifikatların təqdimatı
18 –Yola düşmə
Nahar vaxtları: 13-14 

Oxunub : 4145