AZE ENG
Facebook
Twitter Google Myspace
“Turizm marşrutlarının hazırlanması” seminarı
21-5-2023

PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 19 may 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Turizm və qonaqpərvərlik fakültəsinin bakalavr pilləsi üzrə təhsil alan 20-dən çox tələbənin və müəllimlərin (Hafiz Hüseynov, Elnurə Vəliyeva, Ülviyyə Cümşüdlü, Səbinə Əsgərova və Samirə Əzizova) iştirakı ilə “Turizm marşrutlarının hazırlanması” mövzusunda seminar təşkil edilmişdir. Seminarda “Ginza Travel” şirkətinin icraçı direktoru Aidə Məlikova turizm marşrutlarının anlayışı, növləri, faydaları, klassifikasiya meyarları, Azərbaycandakı mövcud turizm marşrutları, MİRAS İctimai Birliyinin həyata keçirdiyi mədəni turizm marşrutları və s. əhatə edən təqdimatla çıxış etmişdir. Seminarda həmçinin, Azərbaycanın qoşulduğu beynəlxalq turizm marşturları (“Zeytun ağacı”, “Şərab yolları”, “Yəhudi irsi”, “Qədim qayaüstü incəsənət izləri”, “Termal şəhərlər”, “Kreativ şəhərlər” və s.) haqqında da geniş məlumat verilmişdir.

 

Qeyd edək ki, son iki ay ərzində müxtəlif mövzularda MİRAS-PİCASP seminarları təşkil edilmişdir. Seminarların ilin sonuna qədər keçirilməsi nəzərdə tutulmuşdur. Bu seminarların məqsədi Xəzər bölgəsində mədəni irs, arxeologiya, muzeylər, turizm sahəsində universitet-müəssisə əməkdaşlığına zəmin hazırlamaqdır. Seminarların proqramı PİCASP layihəsi çərçivəsində MİRAS expertləri tərəfindən hazırlanmışdır.

 

2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.

 

 

Oxunub : 1527