Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu  
və  
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 
 
 
Təşkilati dəstək: 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi  
Ağsu rayonu İcra Hakimiyyəti 
AMEA Folklor İnstitutu 
AzGranata MMC 
Allprint MMC 
 
 
III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI 
 
PRESS-RELİZ və PROQRAM 
 
19-21 mart 2018 
Gəgəli-Ağsu, Azərbaycan   
  
Türk dünyasının tarixi obalarından biri Axtaçı obasıdır. Başqırd əsilli Türkiyə tarixçisi Əhməd Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Mənbələrdə “Axtaçı” adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar türk-monqol dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi orta əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddinin “Cəmi-ət-Təvarix” əsərində görünür. Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad “Axtaçı” ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir. Lakin axtaçılar tədricən obalar şəklində fəaliyyət göstərmiş, indiyə qədər monqol qarışığı müsəlman türk obaları kimi gəlmişlər. Yarımköçəri, tərəkəmə həyat tərzi keçirən axtaçılar Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Ukrayna kimi dövlətlərin ərazisinə yayılmışlar. Həmin dövlətlərin türk toplumunun inkişafı və millətlərin formalaşmasında iştirak etmişlər. 
Azərbaycanda tarixi Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun ən böyük kəndi Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu əski tərəkəmə obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir. 
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli kəndində hər il olduğu kimi axır çərşənbə günlərində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalını keçirməyi planlaşdırır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində yeni yaradılmış Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu festivala təşkilati dəstək göstərir.  
Festival 2 gecə 3 gün ərzində baş tutur. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olur. Festivalda öz baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur. 
19-21 mart 2018-ci il tarixində Ağsu rayonu Gəgəli kəndində keçiriləcək III Folklor Festivalının proqramını Sizə göndərir, festivalda iştirakınızı gəgəlilər və folklorsevərlər ürəkdən arzulayır. Göstərəcəyiniz diqqət və dəstəyə görə bir daha öncədən minnətdarlıq edirik. 
  
PROQRAM 
  
19 mart 2018-ci il  
  
11.00-13.00		Qeydiyyat 
11.00-13.00 	Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün ustad dərsləri: 
AMEA-nın müxbir üzvü Vəli Əliyev 
Prof.Dr. Kübra Əliyeva 
Prof.Dr. Minəxanım Nuriyeva-Təkləli 
  
13.00-14.00		Nahar fasiləsi 
13.00-14.00		Səyyar sərgilərə baxış 
  
14.00-15.00		Açılış, salamlama nitqləri 
Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri - Rəşad Əliyev 
AMEA Folklor İnstitutunun şöbə müdiri - Afaq Ramazanova 
Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri - Çetin Adıgüzel 
Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru - Firdousi Əskərov 
Gürcüstan “Dostlar üçün Gürcüstan” Asossiasiyasının prezidenti - Tamara Basilaşvili 
İran Qadınlar Dəf folklor qrupunun rəhbəri - Şəhla Nəzəri Əfşar 
15.00-18.00		Bədii hissə: 
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Gəgəli Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (qrupun rəhbəri Sabit Abdullayev) 
Ağsu Xançoban folklor ansamblı - (ansamblın rəhbəri Pərviz Osmanov) 
Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı - (teatrın direktoru Firdousi Əskərov) 
MİRAS Musiqi qrupu - (qrupun rəhbəri Ruslan Adgözəlov) 
"İncilər" milli geyimlərin nümayişi dəfiləsi (qrupun rəhbəri memar, modelyer-dizayner Laləndər Novruzova) 
Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri - Çetin Adıgüzel 
Gürcüstan Respublikası Sameba ansamblı - (ansamblın rəhbəri Giorgi Sukhishvili) 
İsmayıllı rayonu Lahıc Folklor Qrupu 
İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşar 
Ağsunun Bico kəndi (Aşıq Amil) 
16.30-17.00		Çay fasiləsi 
19.00			Axşam yeməyi və evlərdə yerləşmək 
  
20 mart 2018-ci il 
  
09.00-10.00		Səhər yeməyi 
10.00-11.00		AzGranata MMC ilə tanışlıq 
11.30-12.30		Orta əsr Ağsu şəhərində ekskursiya 
12.30-13.30		Kompleksdə nahar 
14.00-17.00 		Bədii hissə: 
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində Gəgəli Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu (qrupun rəhbəri Sabit Abdullayev) 
Ağsu Xançoban folklor ansamblı - (ansamblın rəhbəri Pərviz Osmanov) 
Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı - (teatrın direktoru Firdousi Əskərov) 
MİRAS Musiqi qrupu - (qrupun rəhbəri Ruslan Adgözəlov) 
Türkiyə Cümhuriyyəti Qars Univeristeti Kültür İdarəsinin müdiri - Çetin Adıgüzel 
Gürcüstan Respublikası İlori Uşaq Folklor qrupunun rəhbəri Mikheil Pukhashvili 
İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşar 
Türkiyə Cümhuriyyəti Qars şəhəri - Aşıq Bilal 
  
17.00-19.00		Milli oyunlar, yarışlar 
19.00-21.00		Çərşənbə tonqalından tullanma. Dağlarda şamalatma. Arzu fənərlərinin buraxılması 
21.00-22.00		Oturma evlərində axşam yeməyi. Şirvan plovu 
22.00-05.00		Oturma, çillə çıxarma, səhərə qədər oyaqqalma 
  
21 mart 2018-ci il 
  
05.00-06.00 	Tərəkəmə çərşənbəsi tonqallarının qalanması, heyvanların iki od arasından keçirilməsi mərasimini izləmək 
06.00-10.00	Dincəlmək, yatmaq 
10.00-11.00	Səhər yeməyi 
11.00	Qonaqların yola salınması 
   |