| “TƏRƏKƏMƏ HƏYAT TƏRZİ: DÜNƏN, BU GÜN, SABAH” MÖVZUSUNDA II BEYNƏLXALQ AĞSU SİMPOZİUMU   Prof.Dr. Kübra Əliyevaya həsr olunur.   20-21 dekabr 2019-cu il   Ağsu – Azərbaycan   Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, onun Şamaxı filialı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrsini Araşdırma İnstitutunun təşkilatçılığı ilə 20-21 dekabr 2019-cu ildə “Tərəkəmə həyat tərzi: dünən, bu gün, sabah” mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu keçiriləcək. Bu simpoziumun əsas məqsədi bütün dünyada Tərəkəmə həyat tərzini öyrənən alimləri bir yerə toplamaq, "Tərəkəmə həyat tərzi" konsepsiyası üçün elmi əsasları formalaşdırmaqdır. Simpozium Tərəkəmə həyat tərzini öyrənən alimlərimizdən Prof.Dr. Kübra Əliyevaya həsr olunur.   Simpoziumun şərtləri: Simpozium Ağsu şəhərində AzGranata-nın konfrans zalında keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Noyabr ayının 25-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər miraspresscenter@gmail.com ünvanına göndərilməlidir. Simpozium mövzuları: Tərəkəmə həyat tərzinin hermenevtik fəlsəfi açıqlamaları; tərəkəmə həyat tərzinin mənbəşünaslığı; tərəkəmə həyat tərzinin tarixşünaslığı; tərəkəmə həyat tərzi qədim dövrdə; tərəkəmə həyat tərzi orta əsrlərdə; tərəkəmə həyat tərzi yeni və müasir dövrdə; türklərin tərəkəmə həyat tərzi; xalça; alaçıq, çadır, dəyə; qışlaqlar; yaylaqlar; tərəkəmə obaları; tərəkəmə folkloru; tərəkəmə incəsənəti; tərəkəmə aşıqları; tərəkəmə yeməkləri; tərəkəmə həyat tərzi elmi konsepsiyası təklifləri. Simpoziumun yeri: AzGranata-nın konfrans zalı / Ağsu. Simpozium təqvimi:  Tezislərin son göndərilmə tarixi: 25 noyabr 2019 Qəbul edilən tezislərin elanı: 30 noyabr 2019 Rəsmi dəvətlərin göndərilməsi: 30 noyabr 2019 Məruzələrin tam mətninin göndərilməsi: 10 dekabr 2019 Simpozium kitabı sonradan nəşr olunacaqdır. Simpozium proqramının elan olunması: 15 dekabr 2019 Simpozium Günləri: 1-ci gün: 20 dekabr 2019 (Qeydiyyat: 09.00-11.00) 2-ci gün: 21 dekabr 2019. Simpoziumun Fəxri Komitəsi: Prof.Dr. Kübra ƏLİYEVA AMEA Memarlıq və İncəsənət İnstitutu. Simpoziumun Elmi Komitəsi: AMEA-nın müxbir üzvü Vəli ƏLİYEV AMEA-nın müxbir üzvü Cəfər QİYASİ Prof.Dr. Qafar CƏBİYEV Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ Prof.Dr. Vüqar MİKAYILOV Prof.Dr. Şikar QASIMOV Prof.Dr. Nərgiz ƏLİYEVA Dos.Dr. Tünzalə YUSİFOVA Dos.Dr. Mail ALICANOV Dos.Dr. Gülnarə SƏFƏROVA Dos.Dr. Həbibə ƏLİYEVA Dr. Fariz XƏLİLLİ Dr. Elşən MUSTAFAYEV Dr. Kamran QƏDİMOV Dr. Rəşad İBRAHİMOV Dr. Elmira ABASOVA Dr. Günel SEYİDƏHMƏDLİ Şəfa MÖVSÜMLÜ Tərxan PAŞAZADƏ Sənan NEMƏTOV Gürcüstan: Elnur ƏLİYEV Türkiyə: Prof.Dr. Recep KARADAĞ Dr. Metin HAKVERDIOĞLU Dr. Afina BARMANBAY İtaliya: Prof.Dr. Luigi SCRINZI Dr. Andrea MACCHIA Rusiya: Dr. İrina QUSAÇ Makedoniya: Prof.Dr. Rubin ZEMON Prof.Dr. Zoran MATEVSKİ Simpozium Təşkilat Komitəsi: Təşkilat Komitəsinin həmsədrləri: Azadə HÜSEYNOVA Orxan QƏMBƏROV Təşkilat Komitəsinin üzvləri: Sabit ABDULLAYEV Gülşən HÜSEYNOVA Şölə BAYRAMOVA Şəlalə SEYİDOVA Nərgiz QARAYEVA Aytən NAMAZOVA Aidə MƏLİKOVA Ruslan ADGÖZƏLOV İlqar NOVRUZOV Talehə ABDULLAYEVA Ayşən ZEYNALLI Anar HƏBİBOV Samir ƏKBƏROV Nuranə FEYZULLAYEVA E-mail: miraspresscenter@gmail.com Adres: Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi Dr. Fariz XƏLİLLİ: 00994508764043 (vatsap) |