| Ağsu rayonu Gəgəli bələdiyyəsi "Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyi "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İtaliya Beynəlxalq YOCOCU Assosiasiyası Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu 
 BƏLƏDİYYƏLƏR TARİXİ  I BEYNƏLXALQ GƏGƏLİ SİMPOZİUMU 
 Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunur. 
 Gəgəli/Ağsu, 22-23 noyabr 2023-cü il 
 Simpozium Komitəsi Bələdiyyələr Tarixi I Beynəlxalq Gəgəli Simpoziumuna məqalə və poster qəbulu elan edir. Simpozium 22-23 noyabr 2023-cü il tarixlərində Ağsu rayonu Gəgəli kəndində keçiriləcək. 
 Simpozium mövzuları: Azərbaycanda bələdiyyələrin yaradıcısı - Heydər Əliyev; Heydər Əliyevin həyatı və fəaliyyəti; Tarixdə icmalar; Dünyada Bələdiyyələrin yaranması; Beynəlxalq hüquqda bələdiyyələr; Pandemiya dövründə bələdiyyələr; Post-müharibə dövründə bələdiyyələr; Tarixi abidələrin qorunmasında bələdiyyələrin rolu; Bələdiyyələr və turizm; Örnək bələdiyyələr; Ətraf mühitin qorunmasında bələdiyyələrin rolu; Bələdiyyələr və media; Bələdiyyələrdə yerli həyat tərzləri.  
 Simpozium şərtləri: Simpozium Gəgəli kəndində üz-üzə və onlayn olaraq keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Noyabr ayının 1-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər gegelibelediyyesi@gmail.com ünvanına göndərilməlidir. 
 Simpzoium təqvimi: Tezislərin son göndərilmə tarixi: 01 noyabr 2023 Qəbul edilən tezislərin elanı: 10 noyabr 2023 Rəsmi dəvətlərin göndərilməsi: 10 noyabr 2023 Məruzələrin tam mətninin göndərilməsi: 21 noyabr 2023 Simpozium proqramının elan olunması: 20 noyabr 2023 
 Simpozium tarixi: 22-23 noyabr 2023 
 Simpozium Elmi Komitəsi: Azərbaycan Prof.Dr. Qafar CƏBİYEV Prof.Dr. Kübra ƏLİYEVA Prof.Dr. Şikar QASIMOV Dos.Dr. Həbibə ƏLİYEVA Dos.Dr. Nəzmin CƏFƏROVA Dr. Fariz XƏLİLLİ Dr. Günel SEYİDƏHMƏDLİ Vüqar TOFİQLİ Yusif HACIYEV Qürbət KƏRİMOV Xəyyam İBADZADƏ Ülvi İSMAYILZADƏ 
 Gürcüstan Elnur ƏLİYEV 
 Türkiyə Prof.Dr. Recep KARADAĞ Dr. Metin HAKVERDIOĞLU Dr. Ahmet AYTAC 
 İtaliya Prof.Dr. Luigi SCRINZI Dr. Andrea MACCHIA 
 Şimali Makedoniya Prof.Dr. Rubin ZEMON Prof.Dr. Zoran MATEVSKİ 
 Simpozium Təşkilat Komitəsi: 
 Təşkilat Komitəsinin Sədri: Dr. Fariz XƏLİLLİ Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri 
 Təşkilat Komitəsinin Üzvləri: Sabit ABDULLAYEV Musa MUSAYEV Əmircan QƏNBƏROV Akif KƏRİMOV Zaur MUSAYEV Səbuhi MÜTƏLLIMOV Gülşən HÜSEYNOVA Şölə BAYRAMOVA Vüqar QULİYEV Anar HƏBİBOV Qafqaz QƏHRƏMANLI Kamil KƏRİMOV 
 Əlaqə: Fariz XƏLİLLİ: 00994508764043 |