| Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival planlaşdırılır. Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. Festival çərçivəsində Tərəkəmə marafonu və Tərəkəmə Olimpiadasının keçirilməsi nəzərdə tutulur. Festival turuna qatılmaq istəyənlər üçün şərtlər: Turun proqramı:   01 iyun 06:00 - Toplanış (Gənclik metrosu qarşısı) 09.00 - Qeydiyyat 10:00 - Ağsu rayonu Gəgəli kəndində Festivalın və sərginin açılış mərasimi 13.00 - Nahar yeməyi  14.30-19.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş 19.00 - Şam yeməyi 20.00 - Oturma gecəsində iştirak etmək   02 iyun 06:00 - Tərəkəmə marafonuna qoşulmaq 07.00 - Tərəkəmə obasında səhər yeməyi 10.00-12.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş 13.00 - Nahar yeməyi  14.30-19.00 – Ağsu Qoruğu və digər tarixi abidələri ziyarət etmək 19.00 - Şam yeməyi 20.00 - Oturma gecəsində iştirak etmək   03 iyun  08:00 - Səhər yeməyi (kənd süfrəsi) 09:00 -12.00 - Tərəkəmə Olimpiadasında iştirak etmək, biliklərini yoxlamaq 12.00 - Bakıya yola düşmək   Turun qiyməti: Bir gecə iki gün üçün - 55 manat İki gecə üç gün üçün - 65 manat   Qiymətə daxildir: avtobus, 2 gecə kənd evlərində qalmaq 2 səhər yeməyi, 2 şam yeməyi və oturma gecəsi çay süfrələri professional bələdçilər professional fotoqraflar   Bizimlə əlaqə: ünvan: Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanı tel: +994508764043 +994506431591   farizkhalilli@gmail.com   Əvvəlcədən qeydiyyat vacibdir. Son qeydiyyat tarixi: 25 may 2024 İstəyənlər öz çadırları ilə gələ bilər. Qrup turlarına fərqli proqram təklif etmək olar.   #MədəniyyətNazirliyi #MinistryofCulture #MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Gəgəli #Culture #CulturalHeritage #Tərəkəmə #Folklor #Festival #Transhumance     |