| "Tarixi Yerlər və Abidələr"  V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu   AMEA-nın müxbir üzvü Vəli Əliyevin əziz xatirəsinə həsr olunur   30-31 iyul 2025-ci il, Zərgərpalan Hamamı, Bayırşəhər, Bakı (Hibrid formatda keçiriləcəkdir)   Simpozium Komitəsi “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumuna məqalə və poster təqdimatları üçün müraciətlərin qəbulunu elan edir. Simpozium aşağıdakı tematik istiqamətlər üzrə məqalə və təqdimatların qəbulunu nəzərdə tutur:   Azərbaycan arxeologiyası müstəqillik illərində Post-müharibə dövründə Qarabağda mədəni irsin qorunması və problemləri Maddi mədəniyyət: regional və qlobal əlaqələr, müqayisəli yanaşmalar Arxeologiya və ətraf mühit Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri Abidələrin mühafizəsi və bərpası problemləri Ümumdünya irsi: tanınma, qorunma və təqdimat Mədəni irsin ictimaiyyətə təqdim olunması və maarifləndirilməsi İslam dövrü arxeologiyası Memarlıq abidələrində arxeoloji tədqiqatlar Bakı şəhərinin Bayırşəhər arxeologiyası Arxeoloq Vəli Əliyevin elmi irsi Yerli həyat tərzlərinin mədəni irsə təsiri Yazılı mənbələrdə tarix-mədəniyyət abidələri  Arxeoloji turizm   Təqdimat növləri:    Əyani iştirak: Məruzəçilər təqdimatlarını simpoziumun keçiriləcəyi tarixi Zərgərpalan Hamamında canlı olaraq təqdim edəcəklər. Əvvəlcədən yazılmış təqdimat: 15 dəqiqəlik səsləndirilmiş slayd təqdimatı “YouTube” üzərindən yayımlanacaq. Bu təqdimatlar ZOOM üzərindən keçiriləcək canlı sessiyalarda müzakirə olunacaq.   Qeyd: Bütün təqdimatlarda, əgər mətn ingilis dilində deyilsə, ya ingilis dilində slaydlar, ya da altyazılar əlavə olunmalıdır.   Poster təqdimatı: Məruzə təqdim etmək istəməyən iştirakçılar poster təqdimatı ilə simpoziumda iştirak edə bilərlər. Posterlər Miras MİÖK İB-nin rəsmi “Instagram” səhifəsində yerləşdiriləcək. Tələblər aşağıdakılardır: Maksimum 10 vizual (şəkil, sxem, xəritə və s.) Mətn uzunluğu maksimum 2200 işarə 30-a qədər həştəq (Simpoziumla əlaqəli və izahlı)   Təqdimatların göndərilməsi və müraciət forması: Təqdimatlar (məqalə və ya poster) üçün müraciətlər başlıq və 150 sözə qədər xülasə ilə birlikdə 30 iyun 2025-ci il tarixinədək miraspresscenter@gmail.com ünvanına göndərilməlidir.   Əlavə olaraq aşağıdakı məlumatlar təqdim edilməlidir: Ad və soyad Elmi dərəcə və iş yeri Tələbələr üçün təhsil səviyyəsi İştirak forması (Əyani, Onlayn və ya Poster) 3–5 açar söz Başqa mövzuda sessiya təklif edən iştirakçılar əlavə olaraq sessiyanın başlığı, xülasəsi və məruzəçi siyahısını da təqdim etməlidirlər.   Əlaqə: Dr. Fariz Xəlilli +994 50 876 40 43 miraspresscenter@gmail.com   Simpoziumun Elmi Komitəsi: AMEA-nın müxbir üzvü Cəfər Qiyasi Prof. Dr. Qafar Cəbiyev  Prof. Dr. Hidayət Cəfərov Prof. Dr. Kübra Əliyeva Prof. Dr. Şikar Qasımov Prof. Dr. Nərgiz Əliyeva Prof.Dr. Vəfa Mahmudova Dos. Dr. Fərhad Quliyev Dos. Dr. Rizvan Bayramov Dos.Dr. Səfər Aşurov Dos.Dr. Bəhlul İbrahimli Dos. Dr. Həbibə Əliyeva Dos. Dr. Ellada Bəkirova Dr. Fariz Xəlilli Dr. Günel Seyidəhmədli Dr. Elmira Abasova Dr. Şəhla Xəlilli Dr. Elmira Abbasova Dr. Aida İsmayılova   Gürcüstan: Elnur Əliyev   Türkiyə: Prof. Dr. Recep Karadağ Prof. Dr. Metin Hakverdioğlu Dr. Afina Barmanbay Dr. Ahmet Aytaç   İtaliya Prof. Dr. Luigi Scrinzi Dr. Andrea Macchia   Şimali Makedoniya: Prof. Dr. Rubin Zemon   Rumıniya Dr. Filip A. Petku   Özbəkistan Prof.Dr. Cəlaləddin Mirzəyev   Qazaxıstan Məulen Sadıkbek   
İraq Nicat Kövsəroğlu Prof.Dr. Şahin Abbas Çələbi   Şimali Kipr Türk Respublikası Prof.Dr. Orhan Gemikonaklı   Simpozium Təşkilat Komitəsi: Sədr: Dr. Fariz Xəlilli   Üzvlər: Ceyhun İzmayılov Əli Əliyev Əfqan Quliyev Şölə Bayramova Vüqar Quliyev Gülşən Hüseynova Məleykə Hüseynova Aidə Məlikova Çinarə Xəlilzadə Ceyhun Xələfov Qafqaz Qəhrəmanlı     |