| MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi GƏNCLƏRİN I BEYNƏLXALQ MƏDƏNİ İRS VƏ TURİZM FORUMUnu elan edir.Qısa məlumat. Forum “Araşdır, qoru və təbliğ et!” şüarı ilə keçiriləcək. Foruma müxtəlif ölkələrdən yaşı 35-ə qədər olan gənclər mədəni irsin araşdırılması, qorunması və təbliğ olunması istiqamətində yeni ideyalarla çıxış etmək üçün dəvət olunurlar.Sonda həm məruzəçilər , həm də iştirakçılara sertifikat veriləcək.
 Məqsəd. Forumun məqsədi gəncləri bir araya gətirərək müxətlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
 Bunun üçün:
 - müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, həmin ölkələr arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinə dəstək olmaq;
 - gənclərin araşdırma, qoruma və təbliğatdakı rolunu üzə çıxarmaq;
 - müxtəlif ölkələrin mədəniyyət və turizmini, adət və ənənələrinin öyrənilməsinə çalışmaq;
 - dünyanın müxtəlif ölkələrindən olan gənclərə ölkəmizin adət-ənənələrini, zəngin tarixini, mədəniyyət və turizmini təbliğ etmək;
 - dünyaya sülh və birlik mesajı vermək;
 - gənclərin ideya və təşəbbüslərini dinləyib, təşəbbüslər əsasında Bəyannamə qəbul etmək nəzərdə tutulur.
 Forumda iştirak qaydaları: Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər Forumda məruzəçi kimi çıxış etmək üçün dəvət olunurlar. Forumda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də iştirak edə bilərlər. Forumda iştirak etmək üçün mədəni irs və turizm sahəsində yeni ideyalar, metodlar və konsepsiya, anlaşma ortaya qoyan, eləcə də uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər qəbul olunur. İşlərin xülasəsini göndərən zaman aşağıdakıları nəzərə alın:
 1. Xülasələr Azərbaycan, yaxud ingilis dilində yazılmalıdır.
 2. Xülasələr yığcam (maksimum 300 işarə) olmaqla, əsas məqsəd və nəticələri əhatə etməlidir. Forum üçün işlər seçilərkən əsas meyar kimi işin keyfiyyəti, orijinallığı, hərtərəfliliyi nəzərə alınacaq. Xülasə aşağıdakılardan ibarət olmalıdır: (a) xülasənin məzmununu göstərən başlıq; (b) məqsədləri göstərən giriş cümlə; (c) müvafiq təcrübə proseslərinin qısa təsviri; (d) yeni və dərc olunmamış məlumat xülasəsi; və (d) nəticə.
 Xülasədəki hər bir fikrə görə, eləcə də yazı, qrammatika və ya elmi faktlarda yol verilmiş səhvlərə görə müəlliflər məsuliyyət daşıyırlar. Xülasə göndərmək üçün miras.az saytındakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır.
 Müraciətlər üçün son tarix: 08 yanvar 2015-ci il
 Qəbul olunan xülasələrin siyahısı 22 yanvar 2015-ci ilə kimi açıqlanacaq.
 E-mail: miraspresscenter@gmail.com
 İnternet səhifəsi: www.miras.az
 Forumda dinləyici kimi iştirak etmək istəyənlər üçün məhdudiyyət yoxdur. Sadəcə miras.az saytındakı əlavə blankı dolduraraq öncədən qeydiyyatdan keçmək lazımdır.
 Qeydiyyat xərcləri:Məruzəçi kimi iştirak üçün - 60 manat (bura nəşrlər,2 günlük çay fasiləsi və nahar daxildir);
 Dinləyici kimi iştirak üçün - 30 manat (bura 2 günlük çay fasiləsi və nahar daxildir).
 Məkan və tarix:01-02 fevral, 2015 ci il.
 Modern Hotel, Bakı, Azərbaycan.
   Məsləhət Şurasi:AMEA-nın müxbir üzvü Vəli Əliyev
 AMEA-nın müxbir üzvü Cəfər Qiyasi
 Prof.Dr. Qafar Cəbiyev
 Prof.Dr. Luigi Scrinzi (İtaliya)
 Prof.Dr. Kübra Əliyeva
 Prof.Dr. Minəxanım Təkləli-Nuriyeva
 Prof.Dr. Şikar Qasımov
 Prof.Dr. Abbas Seyidov
 Prof.Dr. Kamil İbrahimov
 Dr. Fariz Xəlilli
 Dr. Juanjo Pulido (İspaniya)
 Dr. İrina Gusac (Rusiya)
 Ahmet Aytaç (Türkiyə)
 Emil Səfərov
 Məleykə Hüseynova
 Arzu Soltan
 Gülşən Hüseynova
 Teymur Nəcəfzadə
 Məmməd Rəhimov
   Təşkilat Komitəsi:Cəfər Mənsimi
 Şölə Bayramova
 Aidə Məlikova
 Valeh Cəfərov
 Tərlan Quliyev
 Elnur Alıyev (Gürcüstan)
 Çinarə Əliyeva
 İlqar Babayev (Türkiyə)
 Kərim Musazadə (İran)
 Enrico Greco (İtaliya)
 Zeynəb Qasımova
 Təklif olunan proqram:
 01 fevral 2015 ci il
 10.00-11.00 - Qeydiyyat
 11.00-12.30 - Forumun açılışı
 12.30-14.00 - Nahar
 14.00-18.00 - “Araşdır” bölməsində təqdimatlar
 02 fevral 2015
 09.00-13.00 -“Qoru” bölməsində təqdimatlar
 13.00-14.00 - Nahar fasiləsi
 14.00-18.00 - “Təbliğ et” bölməsi, təqdimatlar
 18.00-19.00 - Müzakirələr (mədəni irs, turizm araşdırmaları) və bəyannamənin qəbulu
 19.00-19.30 - Sertifikatların verilməsi
   Dinləyicilər üçün qeydiyyat forması - YÜKLƏ Məruzəçilər üçün qeydiyyat forması - YÜKLƏ    |