MİM Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin Onlayn Kursuna Qeydiyyat Açıqdır!
MİM Mədəni İrs Beynəlxalq Ustad Məktəbi Azərbaycanda mədəni irsin tədqiqi, qorunması, bərpası və təbliği sahəsində mütəxəssislərin bilik və bacarıqlarını artırmaq məqsədilə hazırlanmış MOOC onlayn kursunu təqdim edir.
Kursun məqsədi
Kursun əsas məqsədi mədəni irsin maddi və qeyri-maddi aspektlərini, onların qorunması, bərpası, rəqəmsallaşdırılması və cəmiyyət üçün əlçatanlığını təmin edən müasir nəzəri və praktik yanaşmaları öyrətməkdir.
Kurs materialları
Kursun bütün mövzularını əhatə edən kitabı buradan yükləyə bilərsiniz:
Mədəni İrs Ustad Məktəbi – Kurs kitabı (PDF)
Məruzəçilər
Kurs çərçivəsində təqdim olunan məruzələri buradan izləyə bilərsiniz:
Məruzələr – Video bağlantılar
✅ Qiymətləndirmə və Sertifikatlaşdırma
-
İştirakçılar bütün mövzuları izlədikdən sonra hər ayın 7-də keçirilən imtahanda iştirak edə bilərlər.
-
İmtahan ödənişlidir: 20 manat.
-
Uğurla imtahan verənlərə MİM Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin diplomu təqdim olunacaq.
-
Diplom beynəlxalq tərəfdaş qurumlar tərəfindən dəstəklənir və elmi-tədqiqat, mədəni irs və turizm sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli göstəricidir.
Əlaqə
Əlavə məlumat və qeydiyyat üçün:
miraspresscenter@gmail.com
WhatsApp: 050 876 40 43
|