| 2012-ci  ilin aprelində Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində MİRAS Tədbir çərçivəsində İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təqdimatı keçirildi.
 Burada MİRAS İB-nin   Gürcüstan üzrə təmsilçisi Elnur Əliyev “Dünyada
 mənim vətənim” mövzusunda seminar təşkil etmişdir.
 MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarda çıxış edərək
 Birliyin fəaliyyəti və nəşrləri haqqında məlumat vermişdir.
 Daha sonra  Dr. Fariz Xəlillinin “Azərbaycanın mədəni irsi” mövzusunda məruzəsi dinlənilmişdir.
 Seminar zamanı iştirakçılara Azərbaycanın
 ən qədim dövrdən müasir dövrə qədər olan mədəni irsi haqqında geniş məlumat verildi.
 Silsilə seminarlarda iştirak üçün müxtəlif universitetlərin
 fərqli ixtisaslarından 30-dan çox tələbə qeydiyyatdan keçdi.  Sonda dinləyicilərin sualları
 cavablandırıldı, birliyin Gürcüstan təmsilçisi tələbələrə
 növbəti seminarlar barədə məlumat verdi. Gələcəkdə bu tip seminarların Azərbaycanlıların
 mənəvi mədəniyyəti, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı,
 Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstan azərbaycanlıları mövzularına həsr
 olunması planlaşdırılır.
 
 |