| Ağsu, 06-12 oktyabr 2014Arxeoloji Sahələrin Konservasiyası, Bərpası və İdarə Olunması
 Kursun Təsviri və Metodikası. Kurs əməkdaşlıq və çoxistiqamətli yanaşma əsasında arxeoloji sahələrin konservasiya və idarə olunması məsələlərinə cəlb olunmuş tələbə və gənc peşəkarlar üçün nəzərdə tutulmuşdur. Kursda əsas diqqət diaqnostika və mühafizə daxil olmaqla, innovativ və ekoloji təmizlik metodlarına yetiriləcək. Kursun başlıca məqsədi iştirakçıları ilk andan istifadə olunacaq müvafiq biliklərlə təmin etmək olacaq. Buraya effektiv konservasiya metodları daxildir ki, bununla da müvafiq bərpa metodlarının praktik dərk olunması və  uzunmüddətli idarəolunma strategiyaları ortaya qoyulur. İştirakçılar mühazirələr, müzakirələr, laboratoriya sessiyaları, sərgi və çöl işləri vasitəsilə konservasiya elminin fundamental nəzəriyyələrini müzakirə edəcək və  texnologiya və araşdırmalarda irəliləyişlərin hansı dərəcədə olmasını araşdıracaqlar. İş yerində sahə təlimləri iştirakçılar üçün çoxşaxəli üsullar və əməkdaşlıq əsasında iş proqramından faydalanmaq imkanı yaradacaq. Kurs boyunca iştirakçılar ən effektiv konservasiya üsulundan yararlanmaq üçün müxtəlif ixtisaslarda kollektiv təcrübələrini bir araya gətirəcəklər. Məzmun və struktur cəhətdən kurs Ağsu arxeoloji sahəsinin konservasiya və qiymətləndirilməsinə interdisiplinar yanaşmalara aid olduğundan aşağıdakı mövzuları və bacarıqları əhatə edəcək. Kursda hər kəs iştirak edə bilər. Lakin Azərbaycandan olan tələbələr və gənc mütəxəssislərin iştirakı daha çox arzuolunandır. Düşərgənin müəllimləri Avropa Birliyi ölkələrindən olan bərpaçılar, konservasiya və bərpa sahəsində fəaliyyət göstərən mütəxəssislər və tədqiqatçılar olacaqdır.Üstünlük YOCOCU şəbəkəsinin üzvü olan şəxslərə veriləcək.
 Yer: Orta əsr Ağsu şəhəri Arxeoloji turizm Kompleksi Qalmaq: Düşərgə
 Qeydiyyat xərci: 70 manat
 Proqram
 Ağsuya gəliş: Bazar günü Bazar ertəsi09-11	Ağsu arxeoloji sahəsi ilə tanışlıq
 11-13	Arxeoloji sahələrin konservasiyası və idarə olunması: nümunələr
 13-14	Nahar
 14-16	Konservasiya nəzəriyyəsi və prinsiplər
 16-19	Ağsu arxeoloji sahəsinin problemlərinə dair işçi qrupu və nəticələrin müzakirəsi
 Çərşənbə axşamı09-11	Bərpa prinsipləri və ilkin hazırlıq
 11-13	Diaqnostika problemləri
 13-14	Nahar
 14-16	Praktiki iş: qazıntının spesifikası, tapıntıların qeydiyyatı, işlənməsi və s.
 16-18	Tapıntıların müzakirəsi (konservasiya vəziyyəti, araşdırmalar və s.)
 Çərşənbə 09-13	Çürümə mexanizmi - material və struktur. Xüsusi mövzu: daş və keramika materialları
 13-14	Nahar
 14-18	Praktik iş: bərpa materiallarının testdən keçirilməsi və materialların işlənib hazırlanması (məs. bərkitmə, təmizləmə)
 Cümə axşamı09-13	Analitik tədqiqat və sənədləşdirmənin qeyd metodları və analiz
 13-14	Nahar
 14-18	Praktik iş: materialın işlənməsi (məs. bərkitmə) və analitik araşdırma
 Cümə09-11	İnnovativ texnologiya daxil olmaqla mühafizə və profilaktik konservasiya
 11-13	Mikroiqlim: mədəni irsin effekti
 13-14	Nahar
 14-16	Mikrolayn parametr nümunələri və interpretasiya
 16-18	Praktik iş: materialın işlənməsi (məs. bərkitmə) və analitik araşdırma
 Şənbə09-12	Planlama və konservasiya tədbirlərinin seçilməsi
 11-13	Mikroiqlim: mədəni irsin effekti
 13-14	Nahar
 14-16	Sənədləşdirmə (foto, konservasiya mikrofilmlərinin hazırlanması, məlumat yığımı)
 16-18	Mikrolayn parametr nümunələri və interpretasiya
 Bazar09-11	Arxeoloji sahələrin konservasiya və inkişaf etdirilməsində çoxşaxəli komanda işi (maddi mədəniyyət nümunələri, qazıntı prosesi, bütöv sahə)
 11-12	Bağlanış və yola düşmə
 Müəllimlər:Alvaro Higueras
 Andrea Macchia,
 Silvestro Ruffolo,
 Simone Cagno
 Laura Rivaroli
 Pilar Rubiales
 Maria Roraria
 Arxeoloqlar: MİRAS
 Fotoqraf: MİRAS
 Tədqiqat vasitələri:
 TESTƏ START (geo radar + Multi foto)
 Maksimum iştirakçı sayı: 30
 |