|    III Beynəlxalq “Ohrid-Vodici, 2015”
 “Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında interdisiplinar əlaqələrə baxış”Konfransı
 
 KONFRANSIN TƏŞKİLATÇILARI
 
 Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
 “ESRA” Audiovizual İncəsənət Universiteti (Skopje, Paris, Nyu York)
 “HAEMUS” Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzi (Skopye, Makedoniya)
 “Qədim” və ya “yeni” medianın tətbiqi antropologiya, arxeologiya, tarix, incəsənət, digər humanitar və ictimai elmlərin inkişafı prosesində mühüm vasitəyə çevrilmişdir. Rəqəmsal humanitar elmlər, rəqəmsal antropologiya və rəqəmsal arxeologiya sahəsi əksər alimlər, tədqiqatçılar, tələbələr, muzey işçiləri, proqrammistlər və 3D konstruksiyaçılarının marağına səbəb olmuşdur.Yerli iqtisadi inkişafın məqsədi yerli ərazinin iqtisadi gələcəyini və həyati keyfiyyətini təkmilləşdirmək üçün onun iqtisadi tutumunu yaratmaqdır[N1] . Bu proses zamanı ictimai, biznes və qeyri-hökümət sektor partnyorları iqtisadi inkişaf və peşələr üçün daha yaxşı şərait yaradılması üçün kollektiv şəkildə fəaliyyət göstərir.
 Yerli iqtisadi inkişaf, mədəni irs, media və turizmin ümumi məqamları, ortaq nöqtələri vardır. Bütün sahələr cəmiyyətin mədəni dəyərlərinin izah və təqdimatını ehtiva edir. Bunlara çoxşaxəli yanaşma turizm təklifləri üçün daha keyfiyyətli nəticələrə səbəb olur və turizm məhsullarının yaradılmasını sürətləndirir. Bu, antropogenik və turizm yerlərinin xəritələşdirilməsi və indikasiyası prosesində, eləcə də müxtəlif media vasitələrində mədəni dəyərlərin təqdimatında əhəmiyyətlidir.
 KONFRANS MÖVZULARI
 Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, media və turizm sahələrini əhatə etməlidir. Konfrans mövzuları aşağıdakı kimidir:
 Mədəni irsin media vasitəsilə qorunması və təqdim olunması
 Mədəni irsin turizm məqsədilə genişləndirilməsi
 Mədəni irsin və turizmin iqtisadiyyata təsiri
 Mədəni irsin turizm məhsulu kimi rəqəmsallaşdırılması
 Kollektiv yaddaşın rəqəmsallaşdırılması
 Mədəni irs, sosial şəbəkə, “Yeni Media”
 Şəhər turizmi və yerli iqtisadi inkişaf
 Mədəni irsin iqtisadi inkişaf, media və turizm kontekstində elektron kitabxanalar və elektron təlimlər
 Media və turizm sahəsi ilə qarşılıqlı əlaqədə mədəni irsin təsviri
 Mədəni irs, media və turizm sahələrində Coğrafi məlumat sistemi və məkani məlumatların idarə olunması
 Virtual İrs və Media
 Rəqəmsal rekonstruksiyalar, mədəni irsin 3 D modelləşdirilməsi və turizm sahəsinə verilən qiymət
 Turizm məhsulu kimi mədəni irsdə reproduksiya texnikaları və sürət prototipi
 Multimedia, məlumatın idarə olunması və arxivə salınması və onların mediada tətbiqi
 Folklor, etnomusiqişünaslıq, media və turizmin qiymətləndirilməsi
 KONFRANSIN ELMİ HEYƏTİDr. Rubin Zemon- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
 Dr. Samoil Malcheski- Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu (Skopye, Makedoniya)
 Dr. Fariz Xəlilli -MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı, Azərbaycan)
 Dr. Misho Netkovski- “ESRA” Audiovizual İncəsənət Universiteti (Skopye, Makedoniya)
 Dr. Margarita Karamihova- Ss. Cyril and Methodius Universiteti (Veliko Trnovo, Bolqarıstan)
 Dr. Jasminka Simic –Serbiya Radio-Televiziya Şurası (Belqrad, Serbiya)
 Dr. Armanda Kodra Hysa- Mədəni Antropologiya və İncəsənət Tədqiqatları İnstitutu ( Tirana, Albaniya)
 Dr. Marcel Courtiade -INALCO- Paris ( Paris, Fransa)
 Dr.Svetlana Antova –Bolqarıstan Elmlər Akademiyası, Etnoqrafik Muzeylə Etno və Folklor Araşdırmalar İnstitutu (Sofiya, Bolqarıstan)
 Nadia Cherepan –Avropa Humanitar Elmlər Universiteti (Vilnüs, Litva)
 Dr. Meli Shopi -Elbasan Universiteti (Elbasan, Albaniya)
 Dr. Dejan Metodijeski- Ştip Goce Delchev Universiteti ( Skopye, Makedoniya)
   MƏQALƏLƏRİN YAZI QAYDALARIKonfransda məruzə və posterlə iştirak etmək mümkündür. Məqalə tezisləri 17 dekabr tarixinədək iscanth@gmail.com emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 23 dekabrda göndəriləcəkdir.
 Məqalədə 300 sözdən ibarət olan ingilis dilində tezis olmalıdır.
 Məqalə müəllifinin adı və elmi dərəcəsi
 Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan)
 E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
 Posterlə iştirak edəcək şəxslər ingilis dilində 1 səhifəlik yazısını 50X75 ölçüsündə poster şəklində hazırlatmalıdır. Poster üçün ödəniş 30 Avrodur.
 
 
 KONFRANSIN DİLİ
 Konfrans iki dildə, ingilis və Makedon dilində keçiriləcək.
 
 SERTİFİKAT
 Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.
 KONFRANS KİTABÇASIKonfransa təqdim olunmuş tezislər kitabça şəklində nəşr olunacaq.
 KEÇİRİLƏCƏK YERKonfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək ( dəqiq yer haqqında məlumat ən qısa zamanda veriləcək).
 ÖNƏMLİ TARİXLƏRKonfrans 17 yanvarda başlayacaq və 19 yanvarda bitəcək.
 17 yanvarda II Beynəlxalq mədəni irs, media və turizm konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.
 Tezislərin göndərilmə tarixi : 17 dekabr 2014
 Tezislərin qəbulu haqqında bildiriş: 22 dekabr 2014
 Qeydiyyat : 9 yanvar 2015
 QEYDİYYATİki formada qeydiyyat xərcləri nəzərdə tutulub:
 110 Avro standart qeydiyyat haqqı
 Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans tezislər kitabı, açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı
 60 avro güzəştli qeydiyyat haqqı
 Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı
 YERLƏŞMƏ İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.
 UÇUŞİştirakçılar öz uçuş biletlərinin xərclərini ödəyəcəkdir.
 KONFRANSIN İNTERNET SƏHİFƏSİ:http://iscanthmk.blogspot.com/
 Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.
 
 ƏLAQƏ
 Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu
 Skopye, Makedoniya
 e-mail: iscanth@gmail.com
 Dr. Rubin Zemon – Proqram rəhbəri
 zemon.rubin@gmail.com
 Dr. Samoil Malcheski– Təşkilat Komitəsinin sədri
 samoil.malcheski@gmail.com
 Vasilka Disistrovska – İctimai Əlaqələr üzrə koordinator
 dimitrovska@heamus.org.mk
 
 
   |