| 16 -17 Sentyabr (1 gecə - 2 günlik) Hörmətli turistlər, 16-17 sentyabr tarixlərinə planlaşdırılmış "QAFQAZ İSLAM ORDUSU - BAKI YOLLARINDA" mədəni irs turu ordunun qərargahlarının olduğu yerləri əhatə edəcək:
 Mədəni İrs Turu Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 97 illiyinə həsr olunacaqdır. Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələr Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilmişdir.
 İkigünlük tura qatılanlar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər xiyabanı) marşrutu ilə hərəkət edəcəklər. İştirakçılar XX əsrin əvvəllərində xalqımızın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.
 Turun proqramı
 1-ci gün
 06:30- Bakı-Gəncə yolu istiqamətində hərəkət
 Yolüstü səhər yeməyi
 Gəncədə qarşılanma
 Nahar yeməyi
 Gəncə şəhəri o zamankı Avropa otelinin yerləşdiyi yer;
 Gəncə şəhəri körpü tərəf;
 Gəncə şəhəri Bağlar məhəlləsi;
 Göyçay qəsəbəsi Sadıq ağa və qardaşı Həzrət bəyin evi;
 Ağsudakı Bilal əfəndi məscidi;
 Ağsu Arxeoloji Turizm kompleksində qarşılanma və kompleksdə yerləşmə
 Axşam yeməyi
 Asudə vaxt
 2-ci gün
 08:30 - Səhər yeməyi
 09:00 - Bakı istiqmətində hərəkət
 Yolüstü Şamaxıda Şərədil kəndi
 Mərəzədə nahar yeməyi
 Bakıda Hökməli kəndi;
 Qobu kəndi;
 Güzdək kəndi;
 Şəhidlər xiyabanı.
 Qiyməti : 87 AZN Qiymətə daxildir:Gecələmə (Ağsu Arxeoloji turizm kompleksi)
 Nəqliyyat xidməti (komfortlu avtobus)
 Qidalanma:
 Səhər yeməyi (2 dəfə)
 Nahar yeməyi (2dəfə)
 Şam yeməyi (1 dəfə)
 Qeydiyyatdan Keçmək və ya Ətraflı İnformasiya Əldə Etmək Üçün Bizimlə Əlaqə Saxlıyın Ünvan: Ağsu şəhəri, Molla Pənah Vaqif küçəsi 19
 Tel: 012 585 08 16
 ✆ Mob: 055 – 374-69-07
 Whatsapp: 055-374-69-07
 email:sariliturizm@gmail.com
 |