2012-ci  ilin aprelində Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində MİRAS  
Tədbir çərçivəsində İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təqdimatı keçirildi.  
Burada MİRAS İB-nin   Gürcüstan üzrə təmsilçisi Elnur Əliyev “Dünyada 
mənim vətənim” mövzusunda seminar təşkil etmişdir. 
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarda çıxış edərək  
Birliyin fəaliyyəti və nəşrləri haqqında məlumat vermişdir. 
Daha sonra  Dr. Fariz Xəlillinin “Azərbaycanın mədəni irsi” mövzusunda məruzəsi dinlənilmişdir.  
Seminar zamanı iştirakçılara Azərbaycanın  
ən qədim dövrdən müasir dövrə qədər olan mədəni irsi haqqında geniş məlumat verildi.  
Silsilə seminarlarda iştirak üçün müxtəlif universitetlərin  
fərqli ixtisaslarından 30-dan çox tələbə qeydiyyatdan keçdi.  Sonda dinləyicilərin sualları  
cavablandırıldı, birliyin Gürcüstan təmsilçisi tələbələrə  
növbəti seminarlar barədə məlumat verdi. Gələcəkdə bu tip seminarların Azərbaycanlıların  
mənəvi mədəniyyəti, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı,  
Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstan azərbaycanlıları mövzularına həsr  
olunması planlaşdırılır.  
   |