Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Şamaxı və Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. Festival çərçivəsində məktəblilər arasında muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. |