AZE ENG
Ağsuda Arxeologiya günü
2014-cü ildən etibarən Azərbaycanda arxeoloqların bayramı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə təntənəli surətdə qeyd olunur. Hər il Orta əsr Ağsu şəhərində keçirilən festivala arxeoloqlarla yanaşı etnoqraflar, epiqraflar, sənətşünaslar, Bakı, Ağsu, Şamaxı, İsmayıllıdan mədəni irs könüllüləri, yerli sakinlər qatılır.
30-7-2016
Ardını oxu
“Episkeptis”
Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi, Epikür Bağı restoranının təşkilatı  dəstəyi  ilə  16-17  iyul 2016-ci  il tarixlərində  Gəncədə“Episkeptis” dekorativ-tətbiqi sənət  sərgisi keçiriləcəkdir. 
14-7-2016
Ardını oxu
Başsağlığı
 Azərbaycan arxeologiya elminə ağır itki üz verib. Tanınmış Azərbaycan arxeoloqu, tarixçisi, Dos.Dr. Fazil Lətif oğlu Osmanov 2016-cı il iyulun 6-da ömrünün 80-ci ilində vəfat edib.
8-7-2016
Ardını oxu
Kənd həyat tərzi və qadınlar
20-26 iyun tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsinin araşdırma mərhələsini yekunlaşdırıb.
27-6-2016
Ardını oxu
Rusiya Gənclər Günü və MİRAS
İyunun 23-də Rusiya Səfirliyi Mədəniyyət və İnformasiya Mərkəzində 27 iyun - Rusiya Gəncləri Gününə həsr olunmuş Azərbaycan və rus gənclərinin fotosərgisi və dostluq görüşü keçirilib. MİRAS İctimai Birliyinin təşkilatçı kimi iştirak etdiyi tədbirdə Azərbaycan və Rusiyadan olan gənclər iştirak ediblər.
24-6-2016
Ardını oxu
KƏND HƏYAT TƏRZİNİN İNKİŞAFINDA QADINLARIN ROLU
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il 1-ci maliyyə yardımı müsabiqəsinin qaliblərindən biri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və onun "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsidir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
25-5-2016
Ardını oxu
İsmayıllı Elmi Araşdırmaları konfransı
Konfransın plenar iclası 20 may 2016-cı il tarixdə Qala sarayında açılıb. Tədbiri giriş nitqi ilə kollecin direktor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova açıb. Rayon İcra Hakimiyyətinin başçısı, əməkdar elm xadimi Mirdaməd Sadıqov “İsmayıllı 85 ildə” mövzusunda məruzə edib.
22-5-2016
Ardını oxu
MİRASın "Dünəndən Bugünə" yaradıcılıq sərgisi
Mayın 20-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ADMİU Sənətşünaslıq ixtisası 2-ci kurs tələbəsi, Miras üzvü Şəbnur Pənahlının təşkilatçılığı ilə "Dünəndən Bugünə" yaradıcılıq sərgisi keçirilib.
21-5-2016
Ardını oxu
MİRASın Şamaxıda seminarı
Seminarda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Ağsu arxeoloji ekspedisiyasının üzvü, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Muzeylər və arxeologiya" mövzusunda məruzə edib.
 
21-5-2016
Ardını oxu
MİRASın Konyada Konfransı
12-14 may tarixlərində Türkiyənin Konya şəhərində Beynəlxalq YOCOCU Asossiasiyası, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Selçuk Universiteti Türk Əl Sənətlərı Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya şəhər bələdiyyəsi, Nişantaşı Üniversiteti və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə VI Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konfransı keçirilib.
19-5-2016
Ardını oxu
Tarixin İzindən mədəni irs turu
Mərəzədə Diri Baba türbəsi, Şamaxıda Cümə məscidi və Tarix-Diyarşünaslıq Muzeyi, Ağsuda Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Şıxməzid xanəgahı ziyarət olunub. Bütün tura bələdçiliyi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli edib.
3-5-2016
Ardını oxu
Eskişehir Azərbaycanlılar Dərnəyi və MİRAS əməkdaşlığı
Aprelin 26-da Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Bakı şəhərində görüşüblər.
28-4-2016
Ardını oxu
<< 11 12 13 14 15 16 17 18 19 20 >>