AZE ENG
Bakıda Gənclərin I Beynəlxalq Mədəni İrs Və Turizm Forumu Öz İşinə Başlayıb
Forumun məqsədi gəncləri bir araya gətirərək, ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. Forumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, Misir, İspaniyanın təmsil olunan gənc alim və mütəxəssisləri mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri müzakirə edirlər. 
1-2-2015
Ardını oxu
Gənclərin I Beynəlxalq Mədəni İrs Və Turizm Forumu
Məruzəçilər:
1. Dr. Alexey O. Pronin (Novosibirsk National Research State University and The Museum of Novosibirsk City) - About Current Trends in Cultural Heritage Preservation and Promotion in Western Siberia: Suzun Mint And Smelter
2. Dr. Məlahət Babayeva (Azərbaycan Dövlət Pedaqoji Universiteti) - Azərbaycan folklorşünaslığı 1900-1930-cu illərdə
 
29-1-2015
Ardını oxu
I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı
 Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq.
29-1-2015
Ardını oxu
MİRAS Fəxri Fərmana layiq görüldü
Şura sədri, Millət vəkili Azay Quliyev 2014-cü ilin Şura üçün uğurlu il olduğunu və yerinə yetirilən layihələrin aktuallığı və effektivliyi baxımından özünəməxsusluğunu qeyd edib. Ötən il ərzində Şura iki maliyyə yardımı müsabiqəsi elan edib. Şuraya 2014-cü il ərzində 768 təklif daxil olub. Bu təkliflərin 403-ü həyata keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı video-rolik nümayiş olunub. Ötən maliyyələşmə ilində QHT-lər maarifləndirici tədbirlərə daha çox üstünlük verib. 
23-1-2015
Ardını oxu
Makedoniyada 20 Yanvar faciəsi anılıb
Daha sonra Kocacık kəndinin daxil olduğu Jupa bələdiyyəsində (əhalisi əsasən türklərdən ibarət olan yeganə bələdiyyədir) 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.  
21-1-2015
Ardını oxu
Makedoniyada konfrans keçirilib
Konfransın açılış mərasimində Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun direktoru Dr. Rubin Zemon, Ohrid şəhəri merinin müavini Angel Janev, MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, ESRA Audiovizual İncəsənət Universitetinin professoru Miso Netkov, HAEMUS Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzinin sədri Vasilka Dimitrovska, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları çıxış edərək içtirakçıları salamlayıblar. Artıq 3-cü dəfə keçirilən konfransın əməkdaşlıq üfüqlərinin genişlənməsinə ciddi təsir etdiyi vurğulanıb.  
19-1-2015
Ardını oxu
I Beynəlxalq “Tarixdə Soyqırımlar : faktlar, reallıqlar, uydurmalar ” Simpoziumu
Qısa məlumat. Tarixdə soyqırıma uğradığını iddia edən və haqqını tələb edən toplumlara çox rast gəlinir. Soyqırım nədir? Hansı faciələr, qırğınlar soyqırım kimi qəbul edilə bilər? "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi hadisələr soyqırım kimi nəzərdə tutulub. SCQACK-nın preambulasında olduğu kimi "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. 
18-1-2015
Ardını oxu
MİRAS 2015-ci ilin ilk beynəlxalq konfransına başlayır
Konfransda Makedoniya, Albaniya, Rusiya, Litva, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Belarusiya, Polşa və s. ölkələrdən çox sayda tədqiqatçı və alimlər məruzə ilə çıxış edəcəklər. Azərbaycanı konfransda müxtəlif elmi müəssisə və universitetlərdən 20-yə qədər alim və tədqiqatçı təmsil edəcək. 
15-1-2015
Ardını oxu
MİRAS növbəti 5 ilə əla qiymətlə gedir
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2015-ci il yanvarın 10-da yaranmasının beş illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə İctimai Birliyin İdarə Heyətinin üzvü, professor, tarix elmləri doktoru Qafar Cəbiyev açıb. MİRAS-ın beş ildə bir qeyri-hökümət təşkilatının edə biləcəyindən daha artığını etməyə nail olduğunu vurğulayan Qafar Cəbiyev onun Azərbaycan elminin inkişafında, tarixinin və arxeologiyasının öyrənilməsində əvəzsiz rolundan danışıb. Tədbirin cəmiyyət qarşısında bir hesabat xarakteri daşıdığını qeyd edib. 
10-1-2015
Ardını oxu
"Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı Mersin Universitetində davam etdirilib
Əvvəlcə Dünya Kültürləri Topluluğunun sədri Məhəmməd Xalid Tahiri konfransı açıb. O bildirib ki, müxtəlif ölkələrin tələbələrinin üzvü olduğu topluluq tez-tez belə tədbirlər keçirir. Azərbaycandan gələn alimlərin bu topluluğun üzvlərinə xitab etməsi və gənclərimizi aydınlatması bizi sevindirir. 
25-12-2014
Ardını oxu
Mersin , Tarsusda “ Ortaq Dəyərlər və Tarix" konfransı və "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib.
Türkçe Topluluğunun sədri və Türk Dünyası Birlik Platformunun koordinatoru Ahmet Şimşek konfransı açıb. Konfransın və sərginin keçirilməsində əsas məqsədin ortaq dəyərlər və tariximizin daha geniş təbliği və müzakirələri olduğunu qeyd edib. 
24-12-2014
Ardını oxu
26fevral.az saytı Milli İnternet Mükafatı - Milli Net 2014 qalibləri siyahısındadır
 Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF-in prezidenti Osman Gündüz çıxış edərək Milli Net-ə 14 nominasiya üzrə 322 saytın təqdim olunduğunu və onlardan yalnız 272 sayt yarışmaya buraxıldığını qeyd etmişdir. Osman Gündüz eləcə də bu il ilk dəfə olaq Mobil tətbiqlər və Qarabağla bağlı saytlar Nominasiyalarının daxil edildiyini diqqətə çatdırıb.
19-12-2014
Ardını oxu
<< 21 22 23 24 25 26 27 28 29 30 >>