|
|
|
YOCOCU 2014 – AĞSU Şəhəri, AZƏRBAYCAN - PROGRAM |
|
YOCOCU 2014 28-30 May 2014 | AĞSU, AZƏRBAYCAN |
|
|
|
|
|
|
|
|
Türkiyənin Konya şəhərində VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib |
|
15-18 may 2014-cü il tarixdə Türkiyə Cümhuriyyətinin Konya şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə), İtaliya Konservasiya Alimləri Assossasiyası (İtaliya), Yeraltı Arxeologiya Təşkilatı (İspaniya), Arxeologiya Birliyi (Makedoniya) və Konya Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib. |
|
|
|
|
|
|
|
|
MİRAS məktəblilər arasında “Təbiət inciləri” fotosərgisinin təşkil edir |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə məktəblilər arasında “Təbiət inciləri” adlı fotosərgi keçirməyi planlaşdırır. |
|
|
|
|
|
|
|
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin növbəti toplantısı keçirildi |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 5 may 2014-cü il tarixində MİRAS üzvlərinin iştirakı ilə toplantı keçirtdi. Toplantıda yeni üzvlərlə tanışlıq, Birliyin həyata keçirdiyi yeni layihələr haqqında məlumat və yeni konfransların anonsları, 2014-cü il üzrə İş Planı əsasında görülən və növbəti yarımillikdə nəzərdə tutulan işlər, habelə üzvlərin Planla bağlı fikirləri, təklifləri müzakirə olundu. |
|
|
|
|
|
|
|
|
MİRAS “Təmiz kənd” sorağındadır |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşları 19-21 aprel 2014-cü il tarixlərində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində olublar. Məqsəd birliyin həyata keçirdiyi yeni layihə çərçivəsində həmin kəndlərin yerli icmalarının nümayəndələri ilə görüşlərin keçirilməsi, eyni zamanda ekoloji və etnoqrafik durumun monitorinqi və araşdırılması olub. |
|
|
|
|
|
|
|
|
“Gənclər üçün Bədii Fotoqrafiya və Fotobərpadan Ustad Dərsləri” layihəsi ictimaiyyətə təqdim edildi |
|
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihə C kateqoriyasında qalib gəlmişdir. |
|
|
|
|
|
|
|
|
BOSNİYA VƏ HERSOQOVİNADA II BEYNƏLXALQ TÜRK SƏNƏTLƏRİ, TARİXİ VƏ FOLKLORU KONFRANSI KEÇİRİLİB |
|
6-8 aprel 2014-cü il tarixdə Bosniya və Hersoqovina Respublikasının paytaxtı Sarayevo şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə) və Beynəlxalq Sarayevo Universtetinin (Bosniya və Hersoqovina) təşkilatçılığı ilə II Beynəlxalq Türk Sənətləri, Tarixi və Folkloru Konfransı keçirilib. |
|
|
|
|
|
|
|
|
Gürcüstanın turizm sektorunun təmsilçiləri Azərbaycanda olmuşlar |
|
22-26 mart tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Heritage Travel Turizm Şirkəti, Golden Travel Georgia Turizm Şirkəti və Georgia For Friends Asossasiyasının təşkilatçılığı ilə Gürcüstanın İCARUS Turizm Peşə Kollecinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda mədəni irs abidələri və turizm obyektləri ilə tanış olmuşlar |
|
|
|
|
|
|
|
|
MİRAS “Təmiz kənd” layihəsinə start verir |
|
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirməyə başladığı yeni layihənin tam adı belədir: “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı”. |
|
|
|
|
|
|
|
|
MİRAS beynəlxalq konfranslarını tanıtmaqda davam edir |
|
Fevralın 27-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Turizm İnstitutu və Bakı Slavyan Universitetində Birliyin 2014-cü ildə keçiriləcək beynəlxalq simpoziumlarının tanıtım seminarını təşkil etmişdir. |
|
|
|
|
|
|
|
|
26FEVRAL.AZ veb-portalının təqdimatı keçirildi |
|
Fevralın 25-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İmage Şirkəti ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində 26FEVRAL.AZ və 26FEBRUARY.AZ veb-portallarının təqdimat mərasimi keçirildi. |
|
|
|
|
|
|
|
|
Xocalı şəhər 4 saylı tam orta məktəbində tədbir keçirilib |
|
21-23 fevral 2014-cü il tarixlərində Miras İctimai Birliyinin təşkil etdiyi Xocalı şagirdlərinin Ağsu turunun davamı olaraq gəzintidə iştirak edən Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri “Tariximizi unutmayaq” adı altında 25 fevral 2014-cü il tarixində məktəbdə tədbir keçirilib. |
|
|
|
|
|
|
<< 21 22 23 24 25 26 27 28 29 30 >> |
|