AZE ENG
“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq” – AÇIQ MƏKTUB
Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib. 
24-2-2026
Ardını oxu
Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi yeni layihə əsaslı dərs proqramları hazırlanıb. 
17-2-2026
Ardını oxu
Azərbaycanlı alimlər XIV Beynəlxalq Ohrid Vodici elmi konfransında iştirak ediblər
17-19 yanvar 2026-cı il tarixlərində Şimali Makedoniya Respublikasının Ohrid şəhərində “Rəqəmsal dövrdə şəxsiyyət, yaddaş mədəniyyəti, irs, turizm və təhlükəsizlik” mövzusunda XIV Beynəlxalq Ohrid Vodici elmi konfransı və sərgi keçirilib.
 
26-1-2026
Ardını oxu
Azərbaycanlı alimlər Albaniyanın Elbasan şəhərində keçirilən beynəlxalq konfransa qatılıblar
20-22 oktyabr 2025-ci il tarixlərində Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası: İncəsənət, Mədəniyyət, Tarix və Folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.
23-10-2025
Ardını oxu
Arzu Soltanla effektiv ünsiyyət bacarıqları” təlimi Zərgərpalan Hamamında keçirilib
 Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri üçün “Arzu Soltanla effektiv ünsiyyət bacarıqları” adlı təlim yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi Zərgərpalan Hamamında baş tutub. 
16-10-2025
Ardını oxu
Azərbaycan Arxeologiyasının Mərifət Zirvəsi
Bakı müqəddəsliyinin siması, böyük İslam alimi Seyid Yəhya Bakuvi Şirvani “Sirlərin şəfası” əsərində kamilliyin ən yüksək mərtəbəsini “Mərifət”, bu mərtəbəyə yetişənləri isə “Arif” adlandırır. Arxeologiya elmi də belədir, hər alim bu mərhələyə çata bilmir, hər kəs ömrü boyu elmin dərin qatlarına enə bilmir, bəsirət gözünü aça bilmir. Hər kəs imkanları daxilində elmə töhfə verir, amma az sayda alim elmin mərifət zirvəsinə yüksələ bilir. Müəllimim Qafar Cəbiyev isə məhz bu zirvəyə çatan, “Arif arxeoloq” adını qazanan alimdir.
17-8-2025
Ardını oxu
Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin təlim kurslarına start verilib
16 iyul 2025-ci il tarixində Bakı şəhərinin Yasamal rayonu Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan hamamında Layihə çərçivəsində təlim kurslarının həyata keçirilməsinə başlanılıb. Təlim kursları hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. İştirakçılar müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarətdir. 
18-7-2025
Ardını oxu
Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması və konservasiyası ictimaiyyətə təqdim edildi
15 iyul 2025-ci il tarixində Bakı şəhərinin Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatların təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə baş tutub. Təqdimatda ölkənin aparıcı elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, tanınmış alimlər, qeyri-hökumət təşkilatları və media qurumlarının nümayəndələri, yerli sakinlər və sahibkarlar iştirak edib.
15-7-2025
Ardını oxu
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib
08.07.2025-ci il tarixində Layihə heyətinin onlayn iclası keçirilib. İclas Layihə çərivəsində cari ilin 16-25 iyul tarixlərində Bakı şəhəri Yasamal rayonu tarixi Zərgərpalan hamamında keçirilməsi nəzərdə tutulan təlim kurslarına həsr olunub. İclas zamanı kursun proqramı, təlim mövzuları, ekspertlər tərəfindən hazırlanmış təlim materialları, nəşr olunacaq dərs vəsaiti, təlimin davamlılığını təmin etmək üçün MOOCların (Kütləvi Açıq Onlayn Kurslar) təşkili və digər məsələlər müzakirə olunub. 
9-7-2025
Ardını oxu
“Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar keçirilib
18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın müəllim və tələbəsi, direktor müavini Orxan Vəliyev, “Miras” İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak edib.
18-6-2025
Ardını oxu
“Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar keçirilib
17 iyun 2025-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitetin 20-yə yaxın rəhbər və müəllim heyəti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli iştirak ediblər.
17-6-2025
Ardını oxu
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib
13 iyun 2025-ci il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın şagirdi və müəllim heyəti, direktoru Pərviz Həmzəyev, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, İdarə Heyətinin üzvləri Prof. Dr. Qafar Cəbiyev və Məleykə Hüseynova iştirak ediblər.
13-6-2025
Ardını oxu
<< 1 2 3 4 5 6 7 8 9 10 >>