2013-cü il yanvarın 18-20-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçirilib. Konfrans Makedoniya Sosio-mədəni Antropologiya İnstitutu, Audio-vizual İncəsənət Universiteti və Avrasiya Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə baş tutub. Konfransda 12 ölkədən, o cümlədən Makedoniya, Böyük Britaniya, Albaniya, Bolqarıstan, Türkiyə, Çernoqoriya, Ukrayna, Litva, Yunanıstan və digər ölkələrdən 60-a qədər məruzəçi iştirak edib. Azərbaycan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və MİRAS İctimai Birliyindən 9 nəfərlik heyətlə təmsil olunub.
Konfransın açılış mərasimi Ohrid şəhərindəki Apostol Müqəddəs Pavel Universitetində olub. |