Noyabrın 7-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaq təşkilatın nizamnaməsinə uyğun olaraq hər il keçirilir.
İctimai Birliyin üzvlərinin əksəriyyətinin iştirak etdiyi iclasda əvvəlcə MİRAS İctimai Birliyi İdarə Heyətinin 2014-2015-ci illəri əhatə edən hesabatı dinlənilib. Daha sonra birliyin hüququ ünvanının dəyişilməsi və təsisçilər məsələsi müzakirə olunub, açıq səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.
Sonda gizli səsvermə yolu ilə MİRAS İctimai Birliyinin yeni İdarə Heyəti seçilib. Qeyd edək ki, İdarə Heyətinə seçkilər prosesi 1 ay öncədən başlamışdı və üstqurumda təmsil olunmaq istəyən istənilən MİRAS üzvü özünün, yaxud da başqa bir üzvün namizədliyini verə bilərdi. Tam şəffaf və demokratik şəraitdə keçən seçkilərdə 13 namizəd işrtirak edirdi. Onlardan 9 nəfəri - Prof.Dr. Qafar Cəbiyev, Prof.Dr. Kübra Əliyeva, Prof.Dr. Şikar Qasımov, Dr. Fariz Xəlilli, Şölə Bayramova, İradə Qədirova, Valeh Cəfərov, Vüqar Quliyev, Vüsal Həsənov yeni İdarə Heyətinin üzvü seçiliblər. Seçkilərdə səs sayına görə sonrakı yerləri tutan 3 nəfər – Fidan Məmmədova, Tofiqə Cəfərli və Rəfael Cəlilov isə Nəzarət Təftiş Komissiyasının üzvləri oldular.
|