AZE ENG
Facebook
Twitter Google Myspace
II BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI
14-3-2016

14-16 mart
Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasını oğuz boy təşkilatı ilə əlaqələndirən Zəki Vəlidi Toğan onların getdikləri yerlərdə geniş torpaqlara malik olduğu və tümənlərə rəhbərlik etdiklərini yazır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbədən keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli kəndində hər il axır çərşənbə günlərində II BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI-nı keçirməyi planlaşdırır. AMEA Folklor İnstitutu və Ağsu rayonu İcra Hakimiyyəti Festivalı dəstəkləyir.
Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq.
Festivalda öz baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur.
Turun qiyməti
Bir gecə iki gün üçün - 37 manat
İki gecə üç gün üçün - 51 manat


Turun proqramı:


14 mart
08:00 - Toplanış (20 yanvar metrosunun Sumqayıt çıxışında)
11:00 - Ağsu rayonu Gəgəli kəndində Festivalın və sərginin açılış mərasimi
13.00 - Nahar yeməyi
14.30-19.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş
19.00 - Şam yeməyi
20.00 - Kənd evlərində yerləşmək və gecələmək


15 mart
08.00 - Səhər yeməyi
09.00 - Sərgiyə qatılmaq, qruplar şəklində Ağsunun abidələrini arzu edilən şəkildə gəzmək
10.00-18.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş
18.00-19.00 - Şam yeməyi
19.00-20.00 - Çərşənbə yandırılır. Arzu fanarları buraxılır, şamal atılır.
20.00-05.00 - Axşam kənddə oturulacaq. Adətə görə sakinlər niyyət edir, axşam səhərə qədər yatmadan otururlar, bir başqa deyimlə çillə çıxarırlar. Tura qatılanlar da bu evlərdə yerli sakinlərlə oturacaq, adətin tərəfi olacaqlar. Adətə görə yatan, yuxulayan adamlar yatdığı yerə tikilir. Dastanlar söylənilir, nağıllar danışılır, qurşaq atılır, müxtəlif oyunlar (mafia, loto, nərd və s.) oynanılır, yarışmalar olur, hekayələr, rəvayətlər dinlənilir.
05.00-07.00- Gün çıxmadan, dan yeri ağaranda tərəkəmə çərşənbəsi başlanır. Bütün ev heyvanları çərşənbədən keçirilir. Sonra bütün iştirakçılar çərşənbədən keçirlər.
08:00 - Səhər yeməyi (kənd süfrəsi)
09:00-12.00 - Sərbəst vaxt
12.00 - Bakıya yola düşmək


Qiymətə daxildir:
avtobus,
2 gecə kənd evlərində qalmaq
2 səhər 2 şam və oturma gecəsi çay süfrəsi
professional bələdçilər
professional fotoqraflar

Bizimlə əlaqə:
ünvan: Ağsu rayonu Gəgəli kəndi
Həkim Fazil Cəlilov Mədəniyyət Evi
tel: 012 449 97 00
012 408 92 25
email: miraspresscenter@gmail.com

Oxunub : 3933