AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS növbəti beynəlxalq konfransda
10-11-2013

06-10 noyabrda Rumıniyanın mədəniyyət paytaxtı kimi tanınan, ölkənin tarixinin simvolu hesab olunan İaşi şəhərində “Arxeoloji irsin mühafizəsində cari meyllər” mövzusunda beynlxalq konfrans keçirilib. Konfransın əsas təşkilatçısı Rumıniya Akademiyası Arxeologiya İnstitutunun İaşi filialı idi. Layihə Avropa Arxeoloqlar Assosiasiyası, İaşi Universitetinin Tarix fakültəsi, Moldava Milli Muzey Kompleksi, Rumıniya Milli Tarix Muzeyi ilə tərəfdaşlıq əsasında baş tutub. Azərbaycanı konfransda iki məruzə ilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti təmsil edib.
Konfransın açılış mərasimində arxeoloji irs mənbələri menecmenti sahəsində beynəlxalq irəliləyişlər (Willem J.H.Willems), rəmzi müharibələr (Claire Smith), irs sahələrində turizm və iqtisadiyyat: lokal və qlobal perspektivlər (Douglas C.Comer) mövzusunda məruzələr dinlənilmişdir. Daha sonra konfrans aşağıdakı bölmələrdə işini davam etdirmişdir: arxeoloji irsin leqal fəaliyyət sahəsi və menecmenti, informasiya təminatı və ictimai arxeologiya, mədəni turizm və arxeoloji irsin mühafizəsi, qanunvericilikdən istifadə və sui-istifadə: əntiq əşyaların oğurluğu və satışı. Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, MİRAS İctimai Birliyinin şöbə müdiri, araşdırmaçı Şölə Bayramova “Orta əsr Ağsu şəhərində ictimai binalarin tədqiqi və konservasiyası”, MİRAS İctimai Birliyinin sədr müavini, araşdırmaçı-jurnalist Arzu Soltan “Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksinin informasiya təminatı” mövzusunda məruzə etmişlər.
Konfransda Rumıniya, Çexiya, Moldova, Hindistan, İtaliya, Rusiya, Portuqaliya, Niderland, Böyük Britaniya, Braziliya, ABŞ və başqa ölkələrin alimləri maraqlı məruzələr etmişlər.
Konfrans iştirakçıları İaşi və ətrafındakı Cucuteni və Cotnari abidələri, Probota monastrı, Neamt qalası, Piatra-Neamt Cucuteni Eneolit İncəsənəti Muzeyi ilə tanış olmuşlar.

Oxunub : 3731